Boris Conson Buçada baş verənləri soyqırım, Co Bayden isə hərbi cinayət adlandırdı

Amerika Ağ Evinin rəhbəri Co Bayden Rusiya Müdafiə Nazirliyinin əvvəllər təxribat adlandırdığı Kiyevətrafı Buçada baş verənləri soyqırım hesab etmir, lakin hadisəni hərbi cinayət adlandırır.

Xəbər verdiyimiz kimi, Ukrayna hakimiyyəti ərəfəsində Buçada ölən mülki vətəndaşların əsir götürüldüyü görüntülər yayıb. Onlar faciəyə görə Rusiya hərbçilərini günahlandırıb, Ukrayna lideri Volodimir Zelenski isə hadisəni “soyqırım” kimi qiymətləndirib.

“Buçada baş verənlərə baxanda qorxuram, Vladimir Putinin Ukraynadakı hərəkətləri mənə soyqırımı xatırladır”.

Bunu Böyük Britaniyanın baş naziri Boris Conson jurnalistlərə açıqlamasında deyib. Açıqlamada baş naziri ilk dəfə olaraq Rusiya qüvvələrinin Ukraynadakı hərəkətlərini təsvir edərkən “soyqırım” ifadəsini işlədib və Putin hakimiyyətinə qarşı daha çox sanksiya tətbiq olunacağını bildirib.

Xatırladaq ki, Aprelin 1- də Buça şəhərini rus qoşunlarından azad edən Ukrayna ordusu küçələrdə 410 mülki şəxsin cəsədini tapıb. Rusiya mülki şəxslərin qətlə yetirilməsi ilə bağlı iddiaları rədd etsə də, “Maxar” peyk şirkəti tərəfindən yayımlanan fotoşəkillər bunun əksini sübüt edib.

Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: