BMT Baş Assambleyası Ukrayna üzrə xüsusi sessiyası çərçivəsində İnsan Hüquqları Şurasında Rusiyanın üzvlüyünün dayandırılması barədə qətnamə qəbul edib.
93 nəfər bu qərarın lehinə, 24 nəfər əleyhinə səs verib, 58 nəfər bitərəf qalıb.
Rusiya BMT-nin İnsan Hüquqları Şurasındakı səlahiyyətlərinə vaxtından əvvəl xitam verəcək. Bu barədə Rusiyanın təşkilatdakı daimi nümayəndəsinin müavini Gennadi Kuzmin Baş Assambleyanın iclasında bildirib.
Kuzmin çıxışında BMT Baş Assambleyasının qərarını qanunsuz və siyasi məqaədli adlandırıb.
Onun sözlərinə görə, nümayəndəlik aprelin 7-dən Şurada öz funksiyalarını yerinə yetirməkdən imtina edəcək.
Türkiyə qərarın lehinə səs verib. Azərbaycan isə bitərəf qalıb.
Həmişə səsvermələrdə Rusiyanı dəstəkləyən Ermənistan da bu dəfə bitərəf qalmağa üstünlük verib.
