AVMVİB Astara rayon şöbəsinin sədri II qrup müharibə əlili Uğur İbrahimov vaxtsız vəfatı barədə xəbər vermişdik. Qəlbi Qarabağın azad edilməsi eşqiylə çırpınan döyüşçü qardaşımızın ölüm xəbəri hər kəsi sarsıtdı.
AVMVİB sədrinin I müavini Kamil Şirinovun rəhbərliyi ilə rayon şöbəsinin sədrləri, müharibə veteranları mərhum döyüşçümüz Uğur İbrahimovun 3 mərasimində iştirak ediblər.

AVMVİB sədrinin I müavini Kamil Şirinov çıxış edərək, Uğur İbrahimovun keşməkeşli həyat yolundan və torpaqlarımızın işğalına sərgilədiyi sərt münasibəti xatırlatdı. Mərhumun atasına döyüşçülər adından səbr arzuladı və rəhmət dilədi.
Daha sonra mərhumun məzarı ziyarət edən döyüş dostları dualar oxuyub, qəhrəman döyüşçümüz haqqında xoş xatirələrini bölüşdülər.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!
Elnur Səlim
Nurlan Məmmədli


