İrəvanda separatçıların əski parçalarını murdarlayıblar

İrəvanlılar Ermənistanda qondarma «(S)artsax» bayrağını istəmirlər, ona görə də bu bayrağı murdarlamışlar.

Bu gün günorta vaxtı Qarabağ klanına qarşı olan qruplaşma tərəfdarları parlament müxalifətinin saatlar əvvəl İrəvandakı Fransa meydanında keçirilmiş mitinqin iştirakçılarının qaldırdıqları «(S)artsax» bayrağını rəngləyərək dəyişiblər. Az sonra bundan xəbər tutan daşnak partiyasının gəncləri müxtəlif qruplala birlikdə bunu terror aktı kimi qiymətləndirmiş və Opera Teatrının yaxınlığındakı meydana doğru hərəkət edərək murdarlanmış bayrağı yenisi ilə əvəz etmişlər.

Daha sonra məlum olmuşdir ki, Artaşat rayon mərkəzində dikəldilmiş «(S)artsax» bayrağını isə kökündən çıxarıb yox etmişlər. Artıq ermənilərin özləri də təsdiq edirlər ki, onsuz da ermənistanlılarla qarabağlılar arasında mövcud olan gərginlik 44 günlük müharibədən sonra daha da tarım vəziyyətə gəlmişdir.

Erməni mətbuatına istinadən,

İSMAYİL TANRIVERDİ

Bu xəbəri paylaşın: