Böyük Britaniyanın baş naziri Boris Conson Kiyevə səfərə gedib.
Bu barədə UNİAN məlumat yayıb.
Ukrayna Prezident Administrasiyasının aparat rəhbərinin müavini Andrey Sibiqa açıqlamasında bildirib ki, Boris Consonun Kiyevə səfəri prezident Vladimir Zelenski ilə təkbətək görüşlə başlayıb.
«Böyük Britaniya Ukraynaya müdafiə dəstəyi, antimüharibə koalisiyasında və Rusiyaya qarşı sanksiyalarda liderdir» — deyə Sibiqa vurğulayıb.
Bu xəbəri paylaşın:
