İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Bu bahar təravətli yaz günündə peşəkarlığı və humanistliyi ilə secilən, ömrünün ən mənalı və məhsuldar dövrünün 23 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirmiş Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Neftcala rayon şöbəsinin sədri istefada olan kapitan Məmmədov Böyükağa Ağəli oğlunun aprel ayının 10 -da dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ çıxan Əfqanıstan və Azərbaycan Müharibəsi Veteranı istefada olan kapitan Məmmədov Böyükağa Ağəli oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin neymət olan möhkəm cansağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Böyükağa Məmmədovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Məmmədov Böyükağa Ağəli oğlu 1957 -ci ilin aprel ayının 10 -da Azərbaycan Respublikasının Neftçala rayonunda anadan olub.
1974-ci ildə Neftçala rayonun 26-lar qəsəbə (Mirqurbanlı kənd) tam orta məktəbini, 1981 -ci ildə Sovet ordusun Ukrayna respublikasında yerləşən gizirlər məktəbini, 1989 -cü ildə Azərbaycan Respublikasının Neftçala rayonunda Neft və Kimya texnikomunu bitirib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki təlim toplanışlarda, kurslarda, seminar və konfranslarda iştirak edib.
1975 -1977 -ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.
1981 -1991-ci illərdə SSRİ Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Əfqanıstan, Ukrayna Respublikalarında və Azərbaycan Respublikasının Neftçala və Xətai rayonlarında yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə olub.

1992- 2003- cü ilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Ağdam, Ağdərə, Füzuli rayonlarında və Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə bölük komandiri, Əməliyyat tabor komandirinin müavinini, hərbi hissənin qəargah rəisinin xidmət üzrə köməkçisi vəzifəsində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

O, öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andin və hərbi nizamnamələrin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimə nümnə olmuşdur.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, Şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin
nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, xidmət etdiyi hərbi hissələrin komandirlərinin müvafiq əmrləri ilə «əla xidmətlərə» görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla , qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə , xüsusi taktiki təlimlərdə, döyüş növbəsində, döyüş xidmətində, döyüş əməliyyatlarında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində fəriqləndiyinə görə SSRI Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından «Əfqanıstan Müharibə Veteranı», «Əfqanıstanda döyüş Əməliyyatların bitməsinin yubiley» , «Qüsursuz Xidmətlərə görə » 2 —
ci və 3 — cü dərəcəli , «Silahlı Qüvəllərin yaranmasının 70 iliyi yubiley», Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin isə təsis etdiyi müvafiq xatirə medaları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, BÖYÜKAĞA BƏY!
ÖMRÜN UZUN, ÜRƏYİN MÖHKƏM GÖZLƏRİN İŞİQLI 0LSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədirinin müavini polkovnik Salman Musayev





