Exit Pollun ilkin məlumatına görə, Makron və Le Pen ilk turda bərabər sayda səs toplayıblar.
Belçikanın «LaLibre» qəzeti nəşrin ilk exit-poll məlumatlarına istinadən xəbər verir ki, Emmanuel Makron və Marin Le Pen Fransada prezident seçkilərinin birinci turunda hər biri 24% səs toplayıb.
Aparılan sosial sorğulara görə, prezidentlik yarışında hazırkı dövlət başçısı Emmanuel Makron və sağçı populist Milli Ralli partiyasının nümayəndəsi Marin Le Pen öndədir.
Xatırladaq ki, 2017-ci ildə də bu iki namizəd seçkilərin ikinci turuna keçdilər, nəticədə Le Pen Makrona uduzmuşdu. Fransızlar dövlət başçısını beş il müddətinə seçirlər. Namizədlərdən heç biri birinci turda mütləq səs çoxluğu (50% üstəgəl bir səs) əldə etmədikdə, ikinci tur keçirilir. İkinci tur aprelin 24-nə planlaşdırılıb.
