Prezident İlham Əliyevin rəsmi «Facebook» səhifəsində 28 may — Respublika Günü münasibətilə paylaşım edilib.
Paylaşımda deyilir:
«Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq».

