Təbliğatçı Marqo Putini necə aldadır?

Yəqin ki, bir çoxunuz Prezident İlham Əliyevin “RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru, erməni əsilli Marqarita Simonyanın qərəzli suallarına verdiyi cavabları xatırlayırsınız. Zərgər dəqiqliyi ilə bir ifadə işlətmişdi: «…siz indiki halda erməni kimi sual verdiniz». Biz illərdir yazırıq ki, Simonyan və digər ermənilərin sayəsində Rusiya mətbuatı «rus dilli erməni mətbuatına» çevrilib.


Diqqətinizə maraqlı bir fakt təqdim edirəm. Son günlər Ermənistanda rusofobiya, Putin əleyhinə şüarlar durmadan və hətta anbaan çoxalır. Sosial şəbəkələrdə və mitinqlərdə anti Rusiya meyillərini görməzdən gəlmək mümkün deyil. Məsələn, Rusiya Prezidenti Vladimir Putinin şəkli olan lövhə ermənilər tərəfindən təhqir edilib. Bununla bağlı görüntü sosial şəbəkədə yayılıb. Bildirilir ki, lövhə Ermənistan ərazisində quraşdırılıb. Lövhədə həm rus, həm erməni dillərində “Əbədi birlikdə” sözləri yazılıb.


Yaxud da İrəvanda mitinqdə ermənilər Putinin şəxsiyyətini, həm plakatlarla, həm də çıxışlarda təhqir ediblər. İrəvanın mərkəzində keçirilən etiraz aksiyasının təşkilatçıları Rusiya Prezidenti Vladimir Putinin ünvanına təhqirlər səsləndiriblər. Ukrayna, AB və ABŞ bayraqları ilə Rusiya səfirliyinin önündə «Прощай Россия!» deyə çıxışlar ediblər.


Amma özünü 5 nəsil rusiyalı elan edən Marqo isə əlində olan «Sputnik» Armeniyada tələm-tələsik Putini aldatmaq və diqqəti bunlardan yayındırmaq üçün video çəkərək yayınlayıblar. Bunu Rusiyanın propoqanda ruporu, erməni Simonyanın rus dilli «Sputnik»i yayıb.


Videodan görünür ki, guya bunlar kənd zəhmətkeşləridir, əkin sahəsində işləyirlər və malaladıqları şuma «Putin» yazıblar, yeni Ukraynaya hücum edən texnikalar üzərindəki rus svastikasının rəmzi olan Z hərfi həkk ediblər. Ermənilər bu aksiya ilə Ukraynada işğalçılıq müharibəsi aparan Rusiyaya guya öz dəstəklərini nümayiş etdiriblər. Bu kadrlar Simonyanın Kremli, şəxsən Putini aldatmaq üçün quraşdırdığı bir feykdir. Bu erməni «aqitprop»ları illərdir ki, Rusiyanı bu cür barmaqlarına dolayaraq, həm erməni təbliğatı aparırlar, həm də Rusiyanın milyardlarını oğurlayırlar. Putinə qalan feyk təbliğatlar, Simonyana qalanlar isə milyardlar olur. Üstəlik də erməni təbliğatı üçün rusların puluyla geniş arena qazanır…


AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: