Buça soyqırımı Xocalı soyqırımının kölgəsində qalar — Xocalı bu ədalətsiz dünyadan 30 ildir ədalət istəyir…

Günün xəbəri: Mariupolda Rusiya qüvvələrinin hücumunun qarşısını alan Ukrayna sərhəd qoşunlarının yüksək rütbəli zabiti qəhrəmancasına həlak olub. Unian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, zabit mühasirəyə düşüb və yaralanıb. O, radiostansiyanın düşmən əlinə keçməməsi üçün özünü partladıb. Zabitin son sözləri belə olub: «Ukraynaya eşq olsun!» («Slava Ukrayna»)

İngiltərənin «Sandi-tayms” qəzeti (1 mart 1992-ci il): Erməni əsgərləri minlərlə azərbaycanlı ailəsini məhv etmişlər.


İngiltərənin «Faynenşl tayms” qəzeti (9 mart 1992-ci il): Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar… Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.


İngiltərənin «Tayms” qəzeti (4 mart 1992-ci il): Azərbaycanlıların çoxunun meyiti eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.


Rusiyanın «İzvestiya” qəzeti (4 mart 1992-ci il): Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir, kişilərin skalpları götürülmüşdür.


Fransanın «Le Mond” qəzeti: (14 mart 1992-ci il): Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır.


Rusiyanın «İzvestiya” qəzeti (13 mart 1992-ci il): Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.


İngiltərənin «Valer aktuel” jurnalı (14 mart 1992-ci il): Bu «muxtar regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları var. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər…


Bu faciənin şahidi olan hətta erməni jurnalisti də gördüklərindən heyrətə gəlmişdi. O, çap etdirdiyi məqaləsində yazırdı:


«Xocalıda qətlə yetirdikləri 100 nəfərin cəsədini yan-yana düzərək körpü düzəltdilər. Mən bu körpüdəki cəsədlərin üzərindən keçəndə, ayağımı körpə bir uşağın sinəsinə qoyanda elə titrədim ki, fotoaparatım, bloknotum, qələmim yerə düşərək körpənin al qanına boyandı. Özümü tamamilə itirdim. Bədənim tir-tir titrədi…”

«İzvestiya” qəzetinin hadisə yerinə gələn müxbiri V.Bellax isə müşahidələrini belə qeyd etmişdi:


«Ağdama dayanmadan meyitlər gətirilirdi. Tarixdə belə şeylər görünməmişdi. Meyitlərin gözləri çıxarılmış, qulaqları və başları kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq sürüklənmişdi. İşgəncələrin həddi-hüdudu yox idi…”


Xocalı soyqırımında iştirak edən hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi, polkovnik V.Savelyev erməni terror təşkilatlarıyla Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdiyi hərbi əməliyyatların şərhini verdiyi «Məxfi arayış”ında yazır:
«Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə qadınların güllədən keçmiş bədənlərini unuda bilmərəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi”.


366-cı Motoatıcı Polkunun xüsusi şöbəsinin rəisinin məruzəsi hər kəsə tanışdır.


Erməni terrorçularının və 366-cı motoatıcı polkun rus komandanlığının vəhşilikləri haqqında (N-02270) 366-cı alayın xüsusi şöbəsinin rəisi polkovnik Vladimir Savelyev yazıb. O, Xocalı hadisələrin şahidi kimi faciə barədə ilk materialları toplanmış və sonra — 26 noyabr 1992-ci il, 19 mart 1994-cü il, 22 avqust 1998-ci il və nəhayət, iyul və dekabr 2000-ci ildə — BMT-yə, Avropa Şurasına və Baş Kəşfiyyat İdarəsinə (ГPУ) təqdim edib. Son arayışını o, «zabit Puqaçev » (DOD. Arxiv. VS.2270. 1990-1996. PT Kotlyarevskoqo Ponomaryov, Puqaçev) psevdonim adıyla göndərib.

«Ermənilər nifrət üstündə köklənmişdir və onların nifrəti sonsuzdur…»


V. Savelyevin yazdığı hesabatda deyilir: «… Mən, gözüm qarşısında baş vermiş bu faktlar barədə susa bilmərəm. Güllələnmiş insanları, uşaqlar və yaşlıları, hamilə qadınları unutmaq olmaz. Qoy məni azərbaycanlılar bağışlasınlar ki, mən bu qanlı hadisələrin qarşısını ala bilmədim…


Polkovnik E. Zarviqorov 366-cı motoatıcı alayının komandiri və digər cavabdehlik daşıyan dairə komandirlərin iştirakı ilə Xocalı istiqamətində atəş nöqtələrinin susdurulması adıyla ermənilər ilə birləşdilər. Nəticədə, hər gün 49 nəfər azərbaycanlını meydana toplayaraq güllələmişdilər. Baş qərargah adından, polkovnik-leytenant Sergey Kraumnin, 1-ci motoatıcı piyada batalyonunun komandiri polkovnik Arkadi Moiseyev, ikinci batalyonunun komandiri mayor Serj (Seyran Ohanyan — Ermənistanın müdafiə naziri olub) Ohanyan, üçüncü batalyonunun komandiri, bir tərəfdən mayor Qavriel Nabokix, kapitan Isaq Lixodein və başqaları Xankəndində separatçılıq ilə məşğul olurdular. Hətta mülki əhalinin çıxarılması zamanı onlar ermənilərdən də çox canfəşanlıq edirdilər.

Rus-erməni neofaşizmi üçün «uydurma «dqr» ordusu» pərdəsi yaradıldı. Rusiya və Ermənistan son 2020-ci il döyüşləri də daxil bu pərdə arxasında birgəydilər. Ermənistanın üçüncü prezidenti olmuş Serj Sarkisyan özünün müsahibəsində bildirmişdi ki, onlar Xocalıda qətliam törətmək planını əvvəlcədən düşünüblər. Onun sözlərinə görə, məqsədləri Azərbaycan xalqının gözünü qorxutmaq olub. Yəni, bununla göstərmək istəyiblər ki, ermənilər üçün dinc əhali və ya silahlı şəxs anlayışı yoxdur. “Azərbaycanlılar inanmırdılar ki, biz dinc əhaliyə qarşı belə davrana bilərik. Məqsədimiz onların gözlərini qorxutmaq və psixoloji cəhətdən zəif salmaq idi. Xocalı hadisəsindən sonra bütün cəbhədə bizim uğurlarımız artmağa başladı. Çünki onlar bundan bərk qorxmuşdular”.

Amma bu, eynən bir rus üslubudur. Sadəcə ruslara köpəklik edən birinin ağzıyla belə deyilməsi gözləniləndi.


Xocalı sakini 7 yaşlı Yavər öz ifadəsində demişdi: «Evimizdə ışıq söndü, mən yuxuya gedə bilmirdim. Toplardan atəş başlayanda biz qonşunun zirzəmisinə düşdük, bir müddət sonra meşəyə tərəf qaçdıq. Fin evlərinin yaxınlığında… bizi avtomat atəşinə tutdular, hamı yerə uzandı, anam məni də yerə uzanmağa vadar etdi. Ermənilər əmr edirdilər ki, ayağa qalxıb sıraya düzülək, sonra yaralıları bir tərəfə apardılar, yaralanmayanları başqa tərəfə… sonra bizi Xankəndinə apardılar. Orada türk (məhsəti türkü) Əhməd dayının başını kəsdilər. Əvvəlcə məcbur etdilər ki, əllərini yuxarı qaldırsın, sonra qollarını bağlayıb, başını kəsdilər və onunla oynamağa başladılar. Top kimi… Xanım xalanı öldürmüşdürlər, qızı Natəvan ağlayırdı. Nətavanı avtomatla güllələdilər… Nətavanın iki yaşı var idi».


Nəticədə, köçürülmə zamanı (tam yerinə yetirilməmiş olsa da), 58 azərbaycanlı öldürülmüşdü. Məndən on addım uzaqda bir güllə gülləsi alan səkkiz- doqquz yaşlı bir qıza kömək edə bilməyəcəyim bir vəziyyət yaranmışdı. Alayın çıxarılması və ermənilərə silahların təhvil verilməsii ilə birbaşa məşğul olanlar: general-polkovnik Qromov, general-leytenant Qrekov, general-leytenant Ohanyan, deputat Andronov, polkovnik E. Zarviqorov (sonradan general rütbəsi aldı), polkovnik Kraulev…


Dördüncü Ordu (Sovet dövründə qərargah Bakıda yerləşirdi) 23-cü motoatıcı dviziyanın döyüşçülərinin Xocalı əməliyyatında iştirakı üçün şərait yaratmışdı.


O günlərdə ermənilər — Fransadan gəlmiş «Operator-II» (Jüll Barelyan, Şerik Sitaryan) Xocalıda azərbaycanlıların cəsədləri yandırılmasını əks etdirən kadrlar olan bir film çəkiblər. Zabit İvan Karabelnikova dediyinə görə, bu hadisə Xocalıdan azca aralı təpəlik bir ərazidə baş verib. Azərbaycanlıların meyidlərini 02-19 MM nömrə nişanlı «KAMAZ» maşınına yükləyərək od vurdular … Nifrət ermənilərin təbiətindədir. O, hədsizdir. Bu nifrətin nədən ibarət olduğunu anlaya bilmədim.

Burada ermənilərlə bir araya gəlmiş və əsir azərbaycanlıları məmnuniyyətlə və bir-bir qətlə yetirən zabitlərin siyahısı da verilib:

366-CI POLKUN HƏRBİ CANİLƏRİ — CƏZASIZDIRLAR


Təhcizat üzrə alay komandirinin müavini polkovnik Baylukov;
birinci batalyonun komandiri polkovnik İ.V. Moiseyev;
ikinci batalyonun komandiri mayor S.İ. Ohanian;
üçüncü batalyonun komandiri mayor Nabokix;
Birinci Batalyonun Baş qərargah rəisi mayor V.İ. Çigiçyan;
polkun kəşfiyyat komandiri polkovnik V.İ. Ayriyan;
rota komandiri, baş leytenant O.V. Mirzoxalzarov;
kəşfiyyat dəstəsinin komandiri baş leytenant S.V. Xrinxua;
tank rotasının komandiri, baş leytenant V.N. Qarmaş;
rota komandiri, baş leytenant N.T. Akopyan;
rota komandiri, baş leytenant V.İ. Vavilovski;
dəstə komandiri, baş leytenant A.B. Lysenko;
batareya komandiri, baş leytenant V.A. Azarov;
anti-tank batareyasının komandiri, baş leytenant İ.S. Abramov;
üçüncü tank rotasının komandiri, leytenant O.V. Balezniy;
tank dəstəsinin komandiri, baş leytenant A.V. Smakin;
sapyer rotasının komandiri, leytenant S.İ. Raçkovskiy;
Kəşfiyyat komandirinin müavini, leytenant L.İ. Bondarev;
Radiokimyəvi dəstənin komandiri, leytenant A.İ. Kulov;

eləcə də 41 nəfərdən çox aşağı rütbəli erməni hərbi qulluqçuları vardı.


«Hesabatda V. Savelyevin yazdığına görə, xaricdən erməni pilotlar və muzdlular gətirilmişdi. 19 fevral 1992-ci il alınmış vertolyotlar və bu dəstə üzvü olanlar da fevralın 22-də 366-cı motoatıcı alaya daxil edildi.


Xocalını bombalayan helikopterlərin siyahısı və onların heyətləri:


bort № 39: pilot Romb Qalakçıyan — Livan ermənisi, mühəndis;

bort № 40: pilot Razdan Minoyan — Suriya ermənisi, mühəndis;

bort № 29: pilot Zahid əl-Məhəmməd Livan vətəndaşı, Hamas üzvü;

bort № 17: pilot Ararat Saradjyan — İrəvanlı hərbçi;

bort № 45: Pilot Pirimyan Suren — İrəvan polisinin əməkdaşı.


Fevralın 16-dan 24-dək Xocalını bombalayan və 89 raket hücumuyla atəş edən bu helikopterlər idi. General-leytenant Yuriy Qrekovun bəyanatında deyilirdi ki, Xocalı əhalisinə qarşı artileriya qurgusu BM-21 «Qrad» və «Uraqan» silahlarından istifadə olunub.
Fransada qondarma «erməni soyqırımı” barədə arxiv materiallarını araşdıran türk araşdırmaçı Əli Rzaoğlu 2018-ci ildə Xocalı faciəsi ilə bağlı maraqlı detalları açıqlamışdı.

Əli Rzaoğlu bildirmişdi ki, “Xocalı erməni generallarının xatirələrində” adlı araşdırmasında 34 erməni hərbçisinin xatirələrini təqdim edir. O, törətdikləri vəhşiliyə görə bəzilərinin hətta peşiman olduğunu bildirir: “Bu mövzu hər zaman diqqətimi çəkib. Babalarım 1918-ci ildə Gədəbəydə ermənilərin vəhşiliyinə qarşı döyüşüb. Universitet illərimdən hərbi olayları araşdırmağı qarşıma məqsəd qoymuşdum. Konfransların birində Sürəyya adlı ermənicə danışan qadınla tanışlığımız bu arzularımın həyata keçməsinə rəvac verdi. Çünki bu qadın fərqli şeylər danışırdı”.


Əli Rzaoğlu ilk olaraq Xocalıya basqın etmiş SSRİ-nin 366-cı motoatıcı diviziyasının soyqırımda iştirak etmiş əsgər və komandirlərinin siyahısını araşdırıb. Bu zaman o, aşkar edib ki, divizyada qulluq edən Valeri Ciciyan adlı erməni komandir 36 min dollar pulu rüşvət verərək rusları satın alıb. Xocalı soyqırımından sonra ermənilər ruslara yenə də pul ödəyiblər.

Araşdırmaçının sözlərinə görə, Fransa arxivlərində ermənilərin vəhşiliyini təsdiq edən çoxlu sayda materiallar var: “Lakin bu arxivlərin qapısı bütün türklərin üzünə bağlıdır. Kilsənin erməni diasporuna yazdığı məktublarda Qarabağda axıdılan erməni əsgərinin hər damla qanı üçün edilən dualar var. Kilsədən yazılan məktublarda ermənilərə “Qarabağı tam təmizləyin” deyə bir mesaj da qeyd olunub. Yəni, kilsə “Qarabağda uşaqdan tutumuş böyüyə qədər azərbaycanlıları qırın” tələbi qoyur”.


Əli Rzaoğlu bildirib ki, 90-cı illərin əvvələrində Fransa həbsxanalarında olan 400 erməni terrorçusu naməlum səbəblərdən azadlığa buraxılıb. Onlara dərhal Fransanı tərk etmək əmr olunub. Sonradan onların hamısı Qarabağda üzə çıxdı: “Qarabağ müharibəsindən sonra da bu terrorçuların 20 nəfəri yenidən Fransaya qayıdıb və burada yaşayırlar. Onlar mənimlə görüşməkdən qaçdılar”.


Jurnalist yazıb ki, ona ən çox pis təsir edən Xocalıya hucumda iştriak edən İsabekov soyadlı qazax türkünün hərəkəti olub: “İsabekovla görüşmək imkanım oldu. Onun ailəsi, ata və anası Xocalı soyqrımında iştirak etdiyinə görə ondan imtina ediblər. O, Qazaxıstanda tək-tənha yaşayır. “Məni Azərbaycan xalqının önündə dizim üstə güllələyin” deyir”.


Maraqlı məlumatlardan biri də odur ki, 26 fevral gecəsi 366-cı motoatıcı dviziyaının tərkibində olan 5 türkmən əsgəri Xocalıya hücum etməkdən imtina edib. Ermənilər o, 5 türkməni elə döyüşdən qabaq güllələyiblər.


Kanadada yaşayan Vasili Stardiyan ona deyib ki, Xocalıdan və Qarabağdan olan 170 uşağın böyrək, prostatını əməliyyat yolu ilə çıxarıb və Avropa, ABŞ-a satıb. Stardiyan Rzaoğluna etiraf edib ki, o körpələr hər gecə onun yuxusuna girir. Yaşayan bir ölü olduğunu etiraf edən Stardiyan Azərbaycan KİV-inə müsahibə verib hər şeyi danışmağa hazır olduğunu deyib.

Son xəbər: Ukraynada həlak olan snayper Elnur Həsənovun nəşi ölkəmizə gətirilib, ailəsinə təhvil verilib. Ukrayna-Rusiya müharibəsində iştirak edən 29 yaşlı Elnur Elşən oğlu Həsənov martın 27-də paytaxt Kiyev yaxınlığında öldürülüb. O, Kəlbəcər rayon Cəmilli kənd qeydiyyatında olub, Goranboy rayonun Qarasüleymanlı kəndində müvəqqəti məskunlaşıb. Elnur Həsənov Goranboyda dəfn edilib. Mərhum ikinci Qarabağ Müharibəsinin iştirakçısı olub, iki övladı qalıb.

Əgər zamanında Azərbaycanda baş verənlərə susmasaydılar bu gün bu insanlıq dramı Avropanın ortasında yaşanmayacaqdı. Buçada heç olmasa öldürülməyən və qaçqına çavrilməyən insanlar qalmışdı, amma Xocalıda bircə nəfər belə adam tapmaq mümkün deyildi…

Bu gün Ukraynada baş verənlərə reaksiya verən Qərb və ABŞ, düz 30 il bu genosidi bizə qarşı törədən erməni-rus faşizminə dəstək verib. Separatçı terrorçulara hər cür kömək və yardım ediblər. Ona görə də onların, nə ikili standartlarına, nə də ədalətinə inanmıram. Hələ də bu gün erməni terrorizmini bəsləyənləri görməkdəyik. Bunca şəhər və kəndlərimiz yer üzündən silinib. Minlərlə insanımız öldürülüb. Senari müəllifi Rusiya qondarma «(S)arsax müdafiə ordusu» adıyla bu gün də torpaqlarımızı və hətta magistral yollarımızı işğalda saxlamaqdadır…

Xaqani Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: