İmran Xan: «Azadlıq mübarizəsi yenidən başlayır»

«Azadlıq mübarizəsi bu gün yenidən xarici rejim dəyişikliyi planına qarşı başlayır».

Pakistan Milli Assambleyasında keçirilən etimad səsverməsi nəticəsində vəzifəsindən azad edilən İmran Xan belə deyib.

 Xan etimad səsverməsindən əvvəl xalqa müraciətində «rejim dəyişikliyinin ABŞ-ın bir sui-qəsdi olduğunu» iddia edib. O, sosial media hesabındakı paylaşımında Pakistanın yenidən azadlıq mübarizəsi içində olduğunu ifadə edib.

«Pakistan 1947-ci ildə müstəqil bir dövlət oldu. Ancaq azadlıq mübarizəsi bu gün xarici rejim dəyişikliyi planına qarşı yenidən başlayır. Suverenliyini və demokratiyasını müdafiə edən hər zaman ölkə xalqıdır» — Xan əlavə edib.

«Tariximizdə heç bu qədər saxtakarlar tərəfindən idarə olunan idxal hökuməti rədd edən belə izdiham olmamışdı»- deyə İmran Xan paylaşım edib.

Pakistanın sabiq baş naziri İmran Xan paytaxt İslamabadda onu dəstəkləmək üçün meydana toplaşan xalqın yaratdığı izdihamın videogörüntülərini sosial media səhifəsində paylaşıb:

Bu xəbəri paylaşın: