Erməni terrorçuları Rusiya erməniməramlılarının arxasında gizləniblər

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağın Ağdərə rayonundakı erməni silahlıları 13 postdan sıxışdırılaraq çıxarılıb.

Bu barədə Caliber.az saytının hazırladığı video sujetdə deyilir.

Bildirilir ki, son aylar ərzində Ağdərə istiqamətində yalnız bir məntəqədən separatçılar 2020-ci ilin noyabrında tələsik tikdikləri 13 postdan sıxışdırılaraq çıxarılıblar.

Vəziyyəti şərh edən hərbi müxbir qeyd edir ki, son vaxtlara qədər erməni terrorçularının nəzarətində olan mövqelər hazırda Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və separatçılar bir neçə kilometr geri çəkilərək Rusiya sülhməramlılarının arxasında gizləniblər.

Hərbi ekspert onu da əlavə edib ki, proseslər bu istiqamətdə davam edərsə, sülhməramlılar erməni silahlılarının zərərsizləşdirilməsinə və Azərbaycan əsgərlərinin yeni mövqelərdə yerləşməsinə seyr etməkdə davam edəcəklər.

Qarabağdakı rus sülhməramlıların gözü qarşısında ermənilər təxribat törətməsi barədə  Caliber.az məlumat yaymışdı.

Sayt bildirirdi ki, aprelin 7-də Ağdərə istiqamətindəki yolda mülki geyimli silahlı erməni Azərbaycan hərbi karvanının qarşısına çıxaraq havaya atəş açıb. Bu hadisə nəinki rus sülhməramlılarının gözü qarşısında baş verib, hətta onların razılıq gülüşü ilə müşayiət olunub.

Bu xəbəri paylaşın: