Bir kərtənkələ növü var. Ona hücum edəndə quyruğu qopur və yerdə qıvrılmağa başlayır. Heç bir ağrı hiss etməyən kərtənkələ quyruğunu orda qoyub aradan çıxa bilir.
Quyruğunu itirən kərtənkələnin qanı axmaz. Onun bədəndən ayrılan quyruğu tərpənir, hərəkət edir, yerdə sürətlə qıvrılar. Amma quyruğunu itirən kərtənkələ isə qaçıb öz canını qurtarmaqla məşğul olur. Bu bir kərtənkələ bicliyidir. Təbiət də ona bu cür xüsusiyyət, biclik, özünüqoruma fəndi verib. Bir müddət sonra kərtənkələnin yeni quyruğu əmələ gəlir.
Bu məsələni belə ətraflı təsvir etməklə bildirək ki, bir vaxtlar Əli Həsənovun ictimai birliklərə, mətbuat orqanlarına və s. atdığı belə «quyruqlar» vardı.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə bağlı ölkə prezidentinin bu sahədə fəaliyyət göstərən təşkilatların rəğbətlə qarşıladığı məlum fərmandan sonra bu «quyruqların» fəallaşması müşahidə olunmağa başladı.
Bu «quyruqların» hərəkətləndiyi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsi sədri Ə. İlhamın yarıtmaz fəailiyyəti dəfələrlə İdarə Heyətinin yığıncaqlarında müzakirə olunmuş, ona xəbərdarlıq edilmiş və töhmət verilərək neqativ halları aradan qaldırması üçün vaxt da verilmişdi. Amma özündən müştəbeh olan sabiq sədr fəaliyyətini düzəltmək əvəzinə, başına AVMVİB-yə dəxli olmayan şəxsləri yığaraq, birlik üzvlərinə «hədə-qorxu» gəlməklə məşğul olub. Bu ayrı bir mövzudur və bu barədə konkret faktları bu yaxın günlərdə təqdim edəcəyik.
Bir sözlə hazırda bu «özündənsədr» «Əli Həsənovun quyruqları»nı canlandıraraq özünü Misir «fironu elan edib». Özü də müharibə gedəndə toz olub itən bu quyruqların, müharibə veteranı və qazilərinə «xox gəlməsi» onların normal düşüncəyə sahib olmadıqlarının bir göstəricisi hesab edilməlidir.
AVMVİB qərarlarını və Nizamnaməsini pozmasıyla yanaşı, ölkənin «İctimai birliklər haqqında» Qanununun və «İcarə haqqında» Qanununun müddəalarını kobud surətdə pozmuş və Birlik üzvlərinə, rəhbərliyə təhqirlər yağdıran bu zavallı «özündənsədr» hər kəs barədə yalan məlumatlar əsasında polis bölmələrinə şikayətlər etmişdir.
Bildirək ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin sədri Əliyev İlham Məhərrəm oğlu 86 minlik veteranlar ordusunda öz yarıtmaz fəaliyyətiylə «məşhurdur». Edilmiş çox saylı şikayətləri nəzərə alaraq, AVMVİB İdarə Heyətinin təkidli müraciətləri ilə ona dəfələrlə xəbərdarlıq edilsə də «Əli Həsənovun quyruqları» ilə birgə öz rəqsini davam etditdiyinə görə tutduğu vəzifədən azad edilmişdir.
Könlündən araik arutunyanlıq keçən şöbə sədri, layiq olduğu məqama qaytarılacaq və hansı yollarla döyüşçülərin haqqına girib əldə etdiyi hər şeyin geri alınması barədə müraciətlər artıq hazırlanır. Bu bizim daxili işimizdir və bunu digərlərinə dərs olacaq bir şəkildə ediləcəyi bir döyüşçü sözü olsun. Amma ictimai sahədə atılıb qalmış bu «Əli Həsənovun quyruqlarını» da artıq tarixə kömməyin zamanıdır.
Belələri bilməlidir ki, onların döyüşçüyə nəinki «xox etmək», heç yanında durmaq üçün mənəvi haqqları yoxdur. Kiminsə «dal ayağı» ola bilərsiniz, amma kiminsə oyunları veteranlar arasında keçməz. Yəqin ki, bu adamın şəxsi faciəsini talk şouya çevirənlər nə dediyimizi anladılar.
Döyüşçülərə gəlincə isə hər kəs bir-birini tanıyır. Döyüşdə də, dinc həyatda da kimin kim olmasını yaxşı bilir. Onu da hər kəs bilir ki, kor bağırsaq, yaxud da babasil orqanizmə zərər verməyə başlayanda onun tək çarəsi orqanizmdən kənarlaşdırmaqdır. Sabiq sədr bunu daha yaxşı bilir. Qaldı «quyruq» məsələsinə siyahı bəllidir, araşdırma yazısı təqdim ediləcək və aidiyyatı üzrə göndəriləcək.

Qaldı «boz atı minib», bu müştəbehlik xəstəliyinə yoluxmuş sabiq sədrin sərgüzəştləri ilə bağlı hazırlanan yazılarda 86 minlik veteranı öz ətrafında birləşdirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB) qarşı uydurduğu hədyanlar, veteranlara, 44 günlük Vətən müharibəsinin gənc qazilərinə və şəhid ailələrinə qarşı etdiyi hörmətsizliklərlə bağlı, təxribat xarakterli hərəkətləri barədə geniş yazını sizlərə təqdim edəcəyik.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidməti
