Gürcüstanlı soydaşlarımıza sahib çıxmalıyıq!

Diqqətlə oxuyun! Yeni bir köckün dalğası yarana bilər! SOS, SOS, SOS!!!

Məncə, Gürcüstanda yaşayan soydaşlarımıza sahib cıxmalıyıq…


Onlara dövlət səviyyəsində hecumlar, hədələr, bezdirici hərəkətlər edilir…

Yadınızda olar bəlkə də 1987-ci ildə Ermənistan ərazisində yaşayan soydaşlarımıza qarşı da belə insidentlər artdı və sonunda qarşısıalınmaz köc başladı… Azərbaycan Dövləti buna bir əncam cəkməlidir!


Deməli, bu gün də Gürcülərlə azərbaycanlılar arasında böyuk bir qarşıdurma(dava) olub.Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bəyanat yayıb…


«Gürcüstanın Kvemo Kartli və Kaxeti bölgələrində etnik gürcülər və azərbaycanlılar arasında qarşıdurmanı alovlandırmağa cəhd edən bir neçə qrup və bir sıra vətəndaşlar var. Həmin şəxslər etnik azərbaycanlıların sıx yaşadıqları bölgələrdə illər ərzində toplanmış problemlərdən təhrif olunmuş vətənpərvərlik düşüncələrinə əsaslanaraq mənfi kontekstdə istifadə edirlər».


Uzun sözün qısası, deyib ki, guya gürcülər azərbaycanlılara qarşı cox mehribandı amma kimsə(???) gəlib aranı qarışdırırlar…

Adama deyərlər, ay DTX, bəs sən hara baxırsan ki, kimsə gəlib sənin dövlətinin icində qırğın salsın… Nə isə bu Gürcü DTX-sının acıqlaması da məni acmadı…

1.Gürcüstanda polis və azərbaycanlılar arasında insident olub,
(10 May, 2019)
2.Gürcüstanda azərbaycanlılar və gürcülər arasında kütləvi dava:
(14-01-2020)
3.Azərbaycanlı və gürcü gənclər arasında kütləvi dava olub, xəsarət alanlar var
12 mar 2020
4.Azərbaycanlılar kütləvi etiraz aksiyası keçirdilər
04-22 — 2020
5.Azərbaycanlılar yaşayan ərazidə İNSİDENT
01 may, 2020
6. Və bu günkü olay….

SOS, SOS, SOS, SOS, SOS, SOS, SOS … …

Əntiqə Rəşid

P.S. Biz hələ susuruq…

На изображении может находиться: автомобиль и спальня

Bu xəbəri paylaşın: