Qarabağda erməni — rus cinayətləri

Törədilən cinayətlər nəticəsinə görə həm təəssüf doğurur, həm də bizi düşündürməyə bilmir. Səhlənkarlıq, etinasızlıq, səriştəsizlik və bir də ağılsızlıq (başqa cür demək mümkün deyil) insanların kütləvi şəkildə qırılmasına, yurd yerlərinin böyük dağıntısına, ağlagəlməz itkilərə səbəb oldu.

O vaxtkı Azərbaycan rəhbərliyinin buraxdığı bağışlanmaz kobud taktiki və strateji səhvlərdən istifadə edən erməni terror birləşmələri, silahlı separatçıları, muzdlu dəstələr Dağlıq Qarabağın yaşayış məntəqələrini viran qoydular, Qaradağlıda, Meşəlidə, Xocalıda, Bağanis-Ayrımda əsl etnik təmizləmə siyasəti apardılar. Azərbaycanlılara qarşı erməni genosidinin yaratdığı faciələr artıq inkar edilə bilməz. Buna heç kəsin, heç bir beynəlxalq qurumun, erməni havadarlarının və qəyyumlarının gücü çatmaz. Fakt faktlığında qalır. Maraqlıdır ki, bu gün ermənilərin özləri də 1990-94-cü illərdə Azərbaycanın Qarabağ bölgəsində törətdikləri vəhşiliklərdən artıq qorxurlar. Qorxurlar ona görə ki, nə vaxtsa bütün
bunların qisası alınacaq, işğal altında saxlanılan torpaqlar azad olacaq.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda xalqımıza, millətimizə qarşı aparılan soyqırımla bağlı, törədilən cinayətlərlə bağlı xüsusi kartotekalar tərtib olunub. Burada cinayətləri sübuta yetirilmiş, ermənilərdən ibarət böyük terrorçu qrupun üzvlərinin hər biri haqqında kifayət qədər material var.

Xocalı soyqırımı ilə bağlı 200 nəfərdən çox cinayətkar (erməni və rus millətindən olan) haqqında dəyərli fakt və sənədlər yığılıb. Əldə olunan videolentlər, sənədlər, dindirmə protokolları, foto-şəkillər, ifadələr təkzib olunmaz fakt kimi saxlanılır. Çünki Azərbaycan xalqına qarşı törədilən qanlı erməni faciələri ilə bağlı istintaq hələ bitməyib. istintaq davam edir.

Tarix separatçıların liderləri olan Zori Balayanı, Arkadi Qukasyanı, Robert Köçəryanı, Serks Sərkisyanı, Seyran Ohanyanı ifadələri alınmaq üçün «həqiqət kürsüsü»nə «dəvət edəcək». (R. Novruzoğlu. «GENOSİD……ECOCİD»)

Azərbaycan xalqına qarşı Dağlıq Qarabağda etnik təmizləmə siyasətinə başçılıq edən, genosid törədən qruplara yardımçı olan separatçı ermənilərin siyahısı:


Adı, soyadı, atasının adı


1. İsrayelyan Boris İsraeloviç
2. Qriqoryan Andon Artsronikovç
3. Qaramyan Suren Nikolayeviç
4. Arakelyan Marat Borisoviç
5. Balayan Emil Vartanoviç
6. Qriqoryan Aleksandr Stepanoviç
7. Qayamayan Qabriel Gevorkoviç
8. Vartanyan Melik Yenokoviç
9. Cavaxyan Qriqoriy Eduardoviç
10. Akopyan Armais Yaşayeviç
11. Terzikyan Sergey Vanikoviç
12. Arutyan Movses Aşotoviç
13. Dulunts Movses Qaraşoviç
14. Saroyan Armais Vldaimiroviç
15. Saakyan QrıĢa Sergeyeviç
16. Ayanyan Sarkis Taşisoviç
17. Gevorkyan Nikolay Mixakoviç
18. Safaryan Mixayil Abramoviç
19. Nolyan Aleksandr Robertoviç
20. Mejyan Albert Manveloviç
21. Akopoxvyan Melki Armaisoviç
22. Qriqoryan Karen Papikoviç
23. Markosyan Papik Ayxazoviç
24. Zarkaryan Daniel Vasilyeviç
25. Caqaryan Mixail Sarkisoviç
26. Akopxyan Sarkis Arutyunoviç
27. Qriqoryan Qevorq Vaqanoviç
28. Xaçatryan Valeriy Mövsesoviç
29. Saakyan Martik Aleksandroviç
30. Markosyan Nikolay Rantikoviç
31. Qurqazaryan Papik Arşakovıç
32. Ağacanyan Aşot Arşaviroviç
33. Markosyan Yurik Aykazoviç
34. Ayriyan Seyran Qriqoryeviç

Xatırladaq ki, müharibə cinayətləri törətmiş şəxslərdən Xocalı soyqırımı üzrə 39, Qaradağlı soyqırımı üzrə 12, Bağanis-Ayrım soyqırımı üzrə 12, Meşəli soyqırımı üzrə 9, Kərkicahan soyqırımı üzrə 47, işgəncə faktları üzrə 35, terrorçuluq faktı üzrə 3 nəfər, ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 133 nəfər, ümumilikdə isə 296 şəxsin Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırımı), 107 (deportasiya), 113 (işgəncə), 115 (müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar normalarını pozma) maddələrində nəzərdə tutulan cinayətləri sübuta yetirildiyindən onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib.

Bu xəbəri paylaşın: