Ukraynada itlər də işğalçılara qarşı «döyüşürlər»…

Sərhədçilərin Terminatoru var: dördayaqlılar da işğalçılara nifrət edirlər

Bunu Ukrayna mətbuatı yazır.


Terminator ləqəbli müxtəlif rəng çalarlı gözü olan it Ukrayna sərhədçiləri ilə birlikdə Xarkov vilayətində növbə çəkir.


Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, evini itirən və ac qalan it keçid məntəqəsindəki döyüşçülərin yanına gəlib.
“Döyüşçülərimiz iti yedizdirdilər və ona “Terminator” ləqəbini verdilər, çünki rəngarəng gözləri ilə it bir qədər məşhur kino qəhrəmanını xatırladır”, – sərhədçilər deyir.


İt postda «işə» götürüldü, o, çox diqqətli və yad adamlar haqqında vaxtında siqnal verir.


İt də sərhədçilər kimi bu irqçi işğalçıların varlığına belə dözmür.Sərhədçi “Bizim kimi o da irqçi işğalçıların varlığına dözə bilməz” dedi.

Xatırladaq ki, cəbhə xəttində ukraynalı döyüşçülərə lambrador Krasavçik kömək edir, Patron iti isə Çerniqov vilayətində ukraynalı pirotexniklərlə işləyir.


Borodyankada da xilas edilən Şafka adlı pişik də öz sahiblərini tapıb. Müharibə zamanı Rivne polisi öz köməkçiləri ilə — altı yaşlı Döyüşçü və yeddi yaşlı Turinlə xidmət edir. Hər ikisi döyüş təcrübəsi olan xidməti alman avçarkalarıdır və döyüş sursatı axtarışında kömək edirlər.


Dördayaqlı “əsayiş keşikçi”lərinin hekayəsini Ukrayna Milli Polisi danışıb.


«Kinoloqlar öz yoldaşları, xidməti itləri ilə nəzarət-buraxılış məntəqələrində nəqliyyat vasitələrinə baxış keçirir, partlayıcı maddələri və təhlükəli obyektləri müəyyən etmək üçün ərazilərə baxış keçirir, həmçinin axtarışlara cəlb olunurlar», — deyə polis bildirib.

Onların dördayaqlı müdafiəçiləri Warrior və Thorin də tək deyillər: onlar başqa bölgələrdən olan «həmkarları» — Belçika və Alman avçarkaları ilə birlikdə xidmət edirlər.

Ukrayna mətbuatının materialları əsasında Nurlan Məmmədli

Bu xəbəri paylaşın: