
XAQANİ Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri
(Əvvəli: https://fedai.az/?p=69571)
Slovakiyanın müdafiə naziri Yaroslav Nad isə tamamilə haqlı olaraq deyir ki, Rusiya qoşunları Ukraynanı işğal etdikdən sonra Rusiya prezidenti Vladimir Putini alman füreri Adolf Hitlerlə eyniləşdirmək olar. Buna uyğun olaraq, Putin Rusiyası ilə bağlı hər bir simvol dünya ictimaiyyətinin nəzərində neofaşizmin simvoludur. Xüsusən də Rusiyaya məxsus hərbi texnikanın üzərindəki V və Z hərfləri öndə gəlir.
Ötən günlərdə isə Xankəndində Rusiya sülhməramlılarının məsuliyyət zonasında Ukraynadakı müharibəyə dəstək məqsədilə təxribat xarakterli aksiya keçirilib. “Biz və bizim dağlar” abidəsində rus bayrağının üçrəngindən olan “Z” hərfi qoyulub. Qarabağ separatçılarının belə böyük bayraq tapmaq üçün sadəcə imkanlarının olması mümkün deyil. Özü də bu görüntünü sosial şəbəkədə ilk paylaşan şəxs də elə Marqarita Simonyan olub. Sizcə bu paylaşımı Xankəndidə yaşayan separatçıdan tez Simonyanın etməsi təsadüfdürmü?
Belə ki, zaman-zaman Simonyan öz Teleqram kanalında Qarabağ separatçılarının təxribatları ilə bağlı xəbərlər yayıb. Ən son onun bu yazısının altında Dağlıq Qarabağın Rusiyaya “birləşdirilməsi” zərurəti ilə bağlı fikirlər səslənib. Simonyan cavab verib ki, özü də bunu xəyal edir. Həm də özünü Beslan məktəbindən hazırladığı feyk reportajla Rusiya mediasına soxuşdiran Simonyan bu ölkənin informasiya məkanını elə bir vəziyyətə salıb ki, bu gün Rusiyanın dediyi istənilən həqiqət belə yalan və uydurma kimi qəbul edilir. Tanış erməni üslubu tam Rusiya informasiya məkanında bərqərar olub. İstənilən bu insanlığı unutmuş təbliğatçılar tarixdən dəm vururlar. Qoruq yox, qadağa yox. Özü də öz dezinformativ və feyk xəbərləri ilə, tele killerliyi sayəsində Rusiyanı çıxılmaza saldılar.
Bu təbliğatçılar sürüsü o qədər həyasızlaşıblar ki, istənilən region dövlətinə qarşı istədikləri formada hədyanlar uydururlar. Üstəlik Rusiyanın milyonları bu dələduzların cibinə axır. İldə ən çox əmək haqqı alanlar arasında «Время покажет» verilişinin aparıcısı Artyom Şeynin, ikinci yeri isə RT-nin baş redaktoru Marqarita Simonyan və onun əri, aparıcı Tiqran Keosayan tuturlar.
Bu barədə URA.RU məlumat yayıb. The Insider-in məlumatına istinad edən nəşrin məlumatına görə, Şeynin il ərzində 99,7 milyon rubl (2020-ci il üçün 4.297413 man. indi isə 2.580058 man.), Simonyan və Keosayan isə ikilikdə 156 milyon rubl (2020-ci il üçün 6.724137 man. indi isə 4.002579 man.) qazanıblar. Bu qiymətlər rus xalqının dərisindən çıxarılaraq bu təbliğatçı sürüsünə yem edilir. Teleaparıcılar Vladimir Solovyov (illik gəliri 52,6 milyon rubl), Olqa Skabeyeva və Yevgeni Popov (iki nəfər üçün ildə 25,7 milyon rubl) reytinqdə yüksək yerləri tutublar. Eyni zamanda, NTV-nin «Своя правда» verilişinin aparıcısı Roman Babayan 12,6 milyon rubl qazanıb. REN TV-nin jurnalisti Andrey Dobrov — 7 milyon rubl, teleaparıcılar Nailə Əsgərzadə (anası erməni, Simonyanın ən yaxın rəfiqəsi, Böyük Britaniya bu şəxsə də sanksiya tətbiq etdi) — 6,5 milyon rubl, Dmitri Kiselev — 4,6 milyon rubl. “Rambler” yazır ki, Vladimir Solovyov əvvəllər deyirdi ki, həmkarlarına paxıllıq etmir, çünki o, həyatda istədiyi hər şeyə nail olub və İtaliyada və Moskva vilayətində “çox yaxşı evləri” ilə öyünürdü. Bu barədə “Rambler” məlumat yayıb.
Rusiyada iş o yerə çatıb ki, artıq rusların mujik nadanlığı ilə dözdüyü erməni həyasızlığına ermənilərin özləri dözməməyə başlayıb. Erməni əsilli Kirkorov Rusiyanın erməni əsilli media rəhbəri Marqarita Simonyanı Maksim Qalkin və Alla Puqaçova haqqında işlətdiyi təhqiramiz ifadələrdən sonra tənqid edib. O, sosial şəbəkədə yaydığı videoda üzünü M. Simonyana tutaraq bildirib: “Bir insanı və onun ailəsini açıq şəkildə təhqir etmək üçün şam tutmusunuz? İnsanları ictimaiyyət qarşısında alçaltmağa necə cəsarət edirsiniz? Kim sənə belə haqqı verib? Marqarita, sən ölkəmizin ruporunun baş redaktorusan. Sizin ixtilaf salmağa haqqınız yoxdur. Jurnalistsən, bazarda söz-söhbət, dedi-qodu çirkabı yayan ədəbsiz qarı deyilsən”.
Marqarita Simonyan millətlərarası nifrət təbliğatını davam etdirir və Rusiya Federasiyası ilə qonşu dövlətlər arasında münasibətləri gərginləşdirir ki, bu da Rusiyanın özünün maraqları üçün təhlükəlidir. Simonyanın bu şəklin altında qoyduğu imza diqqət çəkir (2019-cu il). Kreml təbliğatçısı yazıb: «Mənə sizin bu üzləriniz lazım deyil, çünki mən artıq bilirəm ki, qocalığımda belə görünəcəyəm».
Əlinə pulemyotu kimə qarşı alacağını dəqiqləşdirmədən. Amma eyni zamanda istifadəçilər başa düşdülər ki, o, bu erməni nənə kimi “evini” avtomatla “düşmənlərdən” müdafiə etməyə hazırdır. Rusiya mətbuatında isə bu kimi uzaqgörən həvəsli şərhlər yer aldı: «Silahlı nənə — RT-nin baş redaktoru öz idealından danışdı».
Bir çox istifadəçi qocalığı bu nənə kimi müharibədə deyil, sülh içində qarşılamaq istədiklərini yazıb.
Qeyd edək ki, fotoda əlində avtomat olan 106 yaşlı Ermənistandan olan nənə əks olunub. Şəkil 1990-cı ildə Qarabağ münaqişəsi zamanı çəkilib. Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsi 80-ci illərin sonlarında ermənilərin və azərbaycanlıların milli hərəkatlarının kəskin yüksəlməsi fonunda başlayıb. Artıq 1991-ci ildə xalqlar arasında qarşıdurma genişmiqyaslı müharibəyə çevrildi. Qarabağ müharibəsi nəticəsində Dağlıq Qarabağ öz müstəqilliyini elan edib, hərbçiləri münaqişədə iştirak edən Ermənistan isə Türkiyə və Azərbaycan tərəfindən sanksiyalara məruz qalıb. Münaqişə bu günə qədər tüstülənir. Təmas xətti müntəzəm olaraq hər iki tərəfdən atəşə tutulur. IA Красная Весна Məqaləni tam olaraq linkdən oxuyun: https://rossaprimavera.ru/news/6496aaa1
Marqo artıq Kremlin təbliğatçısı kimi yox, strateqi kimi çərənləyir və dünyaya müharibə elan edir: «Ya Ukraynanı itirəcəyik, ya da 3-cü Dünya Müharibəsi başlayacaq. Mən realist olaraq 3-cü Dünya Müharibəsi variantını seçirəm».
Bu fikirləri «Russia Today»-in redaktoru Marqarita Simonyan qatıldığı teleproqramda deyib. Yəni bu bir müharibə çağrışıdır və dünya bu bəşəriyyətə qarşı nifrətlə tərbiyə olunmuş bir erməni jurnalistinin daxilindəki kin-nifrəti qusmasıdır: «Xalqımızı və ölkə rəhbəri Vladimir Putini tanıyaraq bunu deyirəm. Bütün bunların nüvə hücumu ilə sona çatması, mənə digər hadisələrlə müqayisədə daha çox güman edilir. Bir tərəfdən bu, dəhşətlidir, amma belədir. Biz cənnətə gedəcəyik, onlar isə sadəcə olaraq qırılacaqlar… Onsuz da bir gün hamımız öləcəyik”, — deyə Simonyan əlavə edib.
Bir daha görünən odur ki, ermənilər Rusiyanın böyük qardaşı olmağa çalışırlar və nədənsə onların qıcqırmış «Russkiy mir» sevgiləri öz yurdları Ermənistana qarşı səssizdir. Bu günlərdə “Sasna Tsrer” radikal qruplaşmasının üzvü Vahe Qasparyan deyib ki, “Ermənistan öz kursunu dəyişməlidir, ona görə ki, Rusiyanın taleyi həll olunub”. O, erməni xalqına müraciət edərək bildirib ki, bizim başqa çıxış yolumuz yoxdur, Rusiya batmaq üzrə olan gəmidir və biz bu gəmidən qaçmalıyıq (Yəni batan gəmidə siçovullar birinci qaçmalıdırlar).
“Bizim başqa çıxış yolumuz yoxdur. Rusiya batan gəmidir. Deyirsiniz, biz də bu gəmidə qalaq, gəmi ilə bir yerdə bataq? Rusiya artıq zəifləmiş dövlətdir. Putin rejimi gücsüz və dağılmaq üzrədir. Rusiya gec ya tez Cənubi Qafqazı tərk edəcək, öz qoşunların buradan apacaq. Xoşumuza gəlsə də, gəlməsə də, istəsək də, istəməsək də, bu, baş verəcək. Reallıq budur. Biz də bundan uzaqlaşmalıyıq, oturub gözləməməliyik. Vaxtında kursumuzu dəyişməliyik. Bu barədə beynəlxalq səviyyədə bəyan etməliyik, KTMT-dən çıxmalıyıq, ABŞ-la əməkdaşlıq etməliyik və Amerika, yaxud Fransa ilə birgə Qarabağda sülhməramlı ordu yaratmalıyıq, vəssalam. Bəsdir qorxduq. Sovet İttifaqı artıq yoxdur. Rusiya zəifləmiş, dağılmış, batmaq üzrə olan imperiyadır!”
Tarixin bu pıçıltılarını ermənilərin hər kəsdən öncə eşitməsi mümkündür. Çünki oğurluq üçün münbit zəminlər ölkəsi olan Rusiyada erməni «ÇeTe»-si yəhudilərin Putin tərəfindən sıxışdırılması ilə paralel olaraq gərək olduğu qədər güclənib. Bu gün rəsmi və ya qeyri rəsmi mənbələr Baş Nazirdən tutmuş Simonyana qədər bir bağ olduğunu yazır. Özü də bu anti Amerikalıların hamısının övladları ABŞ-da yaşamaqdadırlar.
Xatırlayırsınızsa, öncə ermənilər özləri Mişustinin erməniliyini manşetlərə daşıdılar. Sonra isə bu fikirlərə təkziblər yaydılar. Rusiyanın müstəqil KİV-ləri isə hələ 2010-cu ildə FVX-nin rəisi təyin olunanda onun yarı erməni əsilli olduğunu yazırdılar. Belə ki, Mişustinin anasının erməni olduğu bildirilirdi. Sonradan bu məlumat əksər KİV-lər tərəfindən tirajlandı və təkzib olunmadı. Elə Mişustinin karyerasındakı ilk addımlar da məhz ermənilərlə bağlıdır. Belə ki, onu ilk olaraq, Moskvada kompyuter texnologiyaları ilə məşğul olan bir şirkətin rəhbəri olan erməni iş adamı Levon Amdilyan öz yanına “çəkib”. Rusiya KİV-ləri bu məsələdə Mişustinin erməni köklərinin həlledici rol oynadığını bildirirlər.
Getdikcə həmin şirkətdə yüksələn Mişustin, şirkət sahibinin əlaqələri hesabına hələ 1998-ci ildə FVX-nin o vaxtkı rəhbəri Boris Fyodorovla tanış olur. Fyodorov qısa müddət sonra onu öz köməkçisi, daha sonra isə müavini təyin edir və vergi xidmətinin fəaliyyətinin elektronlaşması, yeni kompyuterlərlə təminatı ona tapşırılır.
Rusiyalı erməni biznesmen Ruben Vardanyan RTVI telekanalının «На троих» proqramına müsahibəsində Rusiyanın yeni baş naziri Mixail Mişustini ən enerjili, çox bacarıqlı və “işlək” insanlardan biri adlandırıb. O, Mişustinin etnik erməni olduğunu da fəxrlə təsdiqləyib. Mixail Mişustinin erməni əsilli olduğuna dair sübutlar çoxdur. Mişustin Ermənistanda İrəvanda keçirilən WCIT-2019 Ümumdünya İnformasiya Texnologiyaları Konqresində çıxış edib, daha sonra isə ən çox ziyarət edilənlərdən birinə baş çəkib. Baqramyan xatırladır ki, Mixail Mişustin təsadüfən hakimiyyət strukturlarına gətirdiyi şəxslərdən biridir. O, sistem mühəndisi ixtisası üzrə təhsil alıb və “Beynəlxalq Kompüter Klubu”nda kompüterlərlə məşğul olmaq üçün öz ixtisası üzrə işləyib. IWC Mişustinin yaxın dostu erməni Levon Amdilyan tərəfindən təsis edilib.
Daha bir fakt: “Çox tez reaksiya verən, böyük enerjili, yaxşı ünsiyyət bacarığı olan və eyni zamanda çox emosional, əsl erməni olan bir insan”, — deyə Vardanyan bildirib. Onu da qeyd edək ki, yeni baş nazirlə bağlı ən çox sevinərək xəbər və şərhlər verən “RT” kanalının baş redaktoru, Kremlin əsas təbliğatçılarından sayılan Marqarita Simonyan olub. Onun sevincini başa düşmək olar. Artıq erməni əsilli Xarici İşlər nazirindən sonra Rusiyanın baş nazirinin də erməni kökləri var. Bu fakt ermənilərin onsuz da nüfuz etdikləri Rusiya hakimiyyətindəki mövqelərini daha da gücləndirmiş olur. “Mişustin ana tərəfdən ermənidir. Deyilənə görə onun əsli indiki Meqradzor kəndindəndir (keçmiş Tayçarıq)”. Bu məlumatı təkzib etmək üçün erməni saytı “Fip.am” öz aləmində araşdırmalar aparıb və yekunda günahı rus millətçilərinin üzərinə atıb: “Mixail Mişustinin atası Vladimir Moisey Mişustin Belarusun Polotsk şəhərindən olan yəhudidir. Vladimir Mişustinin 1980-ci illərin sonunda Moskva vilayətindəki Lobnya şəhərinə gəlib. Mişustinin anası Luiza 1942-ci ildə Arxangelsk vilayətinin Kotlas şəhərində anadan olub. Vladimir Moiseyeviçlə evlilikdən sonra onun soyadını götürüb. Sayt Luiza haqqında açıq mənbələrdə məlumatın olmadığını bildirib: “Evliliyə qədər onun soyadının nə olduğu bəlli deyil. Bəzi əsaslandırılmamış məlumatlara əsasən, Luiza ermənidir, amma Luizanın dağ yəhudisi versiyası da mövcuddur. Bunun əvəzində dəqiq informasiya var ki, Luiza Mişustin gənclikdə tibb müəssisəsində çalışıb, indi isə oğluna qeyri-qanuni gəlirlərini gizlətməyə kömək edir”.
Mixail Mişustin “Stankin” Moskva Dövlət Texnologiyalar Universitetinə daxil olduqdan sonra Rusiyanın erməni icmasının elitası ilə əlaqə qurmağa başlayıb: “Başlanğıcdan etibarən məhz Mişustini erməni olmaqda ittiham etməyə cəhd ediblər və bunu 2010-cu ilin noyabrında ilk dəfə “Moskou Post” saytı iddia edib. Bu sayt rus millətçiləriylə bağlıdır. Daha sonra məqalə silinib, amma məşhurlar barədə “çirkli” xəbərlərin toplanmasıyla ixtisaslaşan “Compromat.ru” saytında tam olaraq saxlanılıb. Məqalədə hansısa faktiki sübut olmadan bəyan edilir ki, Mişustin ermənidir”.
Rus millətçilərinin saytında dərc olunan məqalənin müəllifi həmçinin Mişustinin erməni icmasıyla sıx əlaqələrinə də diqqət yetirib və universiteti bitirdikdən yaxın dostu Levon Amdilyanla çalışdığını bildirərək, məhz bunun sayəsində çox şeyə nail olduqlarını deyib. Bununla bərabər Mişustinin inkişafında erməni biznesmen Ruben Vardanyanla tanışlığının da böyük rolunun olduğu vurğulanıb. “RuCriminal.info”da keçmiş energetika naziri İqor Yusifovun bioqrafiyasına diqqət yetirən “Fip.am” məhz burada Vardanyanın Mişustini Yusifovla tanış etdiyi bildirilib. Yəni tam bir erməni nağılı…
Rusiya hakimiyyətində toxunulmazlıq qazanmış digər bir fiqur isə S. Lavrovdur. Artıq çoxları, Rusiya Xarici işlər nazirinin Tiflisdə anadan olduğunu və həqiqi soyadının Lavrov olmadığını bilir. Lavrovun atası Tiflisdə anadan olmuş bir ermənidir. Amma bu da bir həqiqətdir ki, Lavrovun Tiflisdə anadan olmasına dair hər hansısa hüquqi sənəd tapmaq çətindir. Rəsmi olaraq təqdim edilən tərcümeyi-hallarından heç birində onun harada anadan olduğu göstərilmir. Sergey Lavrov Tiflisin Ararat küçəsində anadan olub. Orada indiyə qədər bir zamanlar Lavrov soy adlı bir ailənin yaşadağı bilinməməkdədir.
Georgiantimes öz qaynaqları sayəsində kiçik Sergeyin ailəsi ilə birlikdə yaşadığı evi tapmağı bacardı və Lavrov soy adının əslində onu yetişdirən ögey atasına aid olduğu meydana çıxdı. Xırdalıqları aydınlaşdırmaq üçün Tiflisdəki erməni diasporasının liderlərindən Van Bayburtla əlaqə saxladıq. Sergey Lavrovun uşaqlığını keçirdiyi evin həqiqətən də Ararat küçəsində yerləşdiyini təsbit etdik. Bayburt Lavrov haqda maraqlı məlumatlar verdi və əsl soy adının Lavrentiyan deyil Kalantarov olduğunu (Kalantaryan) bildirdi. Van Bayburt deyir: «Sergey Lavrovun əsl soy adının Kalantarov olaraq bilirəm. 17 fevral 2005 ci ildə İrəvan Slavyan Universitetindəki tələbələr Lavrovdan erməni köklərinin ona hər hansısa problem yaradıb yaratmadığını soruşduqlarında: «Əsl köküm babalarım Tiflisdən gəlir. Çünki atam oralıdır. Eyni zamanda damarlarımda erməni qanı axır. Erməni kimliyim məni heç vaxt narahat etməyib”- deyə cavab vermişdir.
Elə bu cavabı ilə də Sergey Lavrov bir erməni qanı daşıdığını etiraf etmişdi. Van Bayburt deyib: «Tiflisdə atasının qohumu, yaşlı bir adam məni görməyə gəldi. Onun yaşı 80-ni keçmişdi. Lavrovun Niyyorkda Rusiyanın BMT numayəndəsi işlədiyi dövrlərdə biz də onunla bağlı məqalə yazmağı planlaşdırmışdıq. Lavrovun qohumu olan qonağımız atasının ailəsi olan Kalantarovların çox varlı olduqlarını söylədi. Babası Kalantarov Tiflis Dumasının üzvü olub. Lavrov Tiflisə gəldiyi zaman həmkarım və mən ona Ararat küçəsində yerləşən uşaqlığını keçirdiyi evi göstərmək istədik. Ancaq, işinin çox olduğuna görə o Ararat küçəsinə gedə bilmədi. Erməni kökənli olmasına baxmayaraq Sergey Lavrovun ana dilini bilmədiyi də məlumdur. Tiflisdəki babaları da rusdilli idilər.
Biz Lavrovu Dağlıq Qarabağ tənzimlənməsi üçün Helsinki Yekun Aktının prinsiplərinin ardıcıllığını özünəməxsus şəkildə təqdim etməsiylə tanıyırıq. Birinci yerdə ərazi bütövlüyü prinsipini, ikinci yerdə xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipini, üçüncü yerdə güc tətbiq etməmək və ya güc tətbiqi ilə hədələməmək prinsipini qoyurdu. ATƏT-in Minsk Qrupunun bütün sənədlərində birinci yerdə güc tətbiq etməmək prinsipi, ikinci yerdə ərazi bütövlüyü prinsipi, üçüncü yerdə xalqların öz müqəddəratını təyinetmə prinsipidir”.
Yəni bu formatla istənilən xırda problemi 100 illər boyu uzatmaq olar. Ermənistanın Lori bölgəsindəki Ardvi kəndindəki Müqəddəs Ovan kilsəsinin həyətində Kalantaryanların knyazlıq ailəsinin qəbiristanlığı var. Kalantaryanlar Loridə qədim knyazlıq ailəsidir. Kalantaryanların ailə qəbiristanlığı Ərdvi kəndində VIII əsrə aid kilsənin həyətində yerləşir. Odzunun ruhani rəhbəri, keşiş Vrtanes Baqalyan «Sputnik Ermənistan»ın çəkiliş qrupunu kilsənin həyətinə aparıb və deyib: «Burada Bejanyanların və Kalantaryanların məzarları var. Rusiyanın indiki xarici işlər naziri Sergey Lavrov Kalantaryan ailəsindəndir».
Lavrovun yəhudilərə qarşı nifrəti də elə bütün ermənilərdə olduğu mənbədən qaynaqlanır. İsrailin haqlı tövrü belə oldu: «Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlaması həm bağışlanmaz və təhqiredici bir bəyanat, həm də dəhşətli tarixi səhvdir. Yəhudilər Holokostda özlərini öldürməyiblər. Yəhudilərə qarşı irqçiliyin ən aşağı səviyyəsi yəhudilərin özlərini antisemitizmdə ittiham etməkdir». Bu barədə İsrailin xarici işlər naziri Yair Lapid «Twitter»də yazıb. O, bildirib ki, Rusiyanın bu ölkədəki səfiri nazirliyə çağırılacaq və İsrail Rusiyadan bu şərhlə bağlı üzr gözləyir. Üzr özünü gözlətmədi. İsrail baş naziri Naftali Bennetin ofisindən verilən məlumata görə, Putin Rusiya xarici işlər naziri Sergey Lavrovun bir neçə gün öncə yəhudilər barədə dediyi sözlərə görə İsrail hökumət başçısından üzr istəyib. Bennetin üzrxahlığı qəbul etdiyi və izahat üçün təşəkkür etdiyi bildirilib.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İtaliya mətbuatına müsahibəsində Zelenskini Adolf Hitlerlə müqayisə edib. «Zelenskinin yəhudi olması ölkəsindəki nasist ünsürləri inkar etmir. İnanıram ki, Adolf Hitlerdə də yəhudi qanı olub. Zelenski cinayət törədən nasist qüvvələrinə əmr verməyi dayandırarsa, dövlətlər arasında sülhü təşviq oluna bilər”, — deyə bildirmişdi.
Beləcə Rusiyadartsax Fedarasiyası bütün gücüylə bu -yanların geridə buraxdıqları pislikləri təmizləməklə məşğul olmaqdadır. Əsas rus təbliğatçılarından hər biri bəlkə də erməni yalanlarının geniş Rusiya ictimaiyyətinə çatdırılmasında əsas fiqur və ağız kimi seçilib. Vladimir Solovyov haqqında geniş izahata ehtiyac yoxdur. Təkcə onu xatırlatmaq kifayətdir ki, “Vladimir Solovyovla axşam” proqramının rəhbəri Vladimir Solovyov Qayane Hambartsumyanı özünün “erməni anası” adlandırır, onun ən yaxın dostları isə tanınmış biznesmen Seyran Karapetyan və “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyandır. Solovyovun proqramlarının şəxsi dostu və baş eksperti Rusiya maraqları pərdəsi altında ardıcıl olaraq Ermənistanın maraqlarını müdafiə edən Semyon Baqdasarovdur.
Bəli, ermənilər «əsil vətənpərvər» kimi Rusiyanı sevirlər. Sadəcə bu ölkədə rusların olmasını istəmirlər. Elə ona görə də bu rusların əliylə Şərqi Ukraynada yaşayan rusların soyqırımına çalışırlar. Ruslara nə lazımdır? Simonyan və onun komandası bolluca qələbə haqqında informasiyalar versinlər ki, ayılan rus «Z (a) Pobedı» deyib vurmağa bəhanə əldə edə bilsinlər…
Atmaca: Amma bu «Z»-i Simonyan düşünübsə bu şəkildəki erməni hərfinə yaman oxşayır…














