Raşizmin görünməz üzü: «Русский мир по армянский»

XAQANİ Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Rusiyanın yanlış imperiya ambisiyaları sayəsində düşdüyü bu vəziyyətə gerizəkalı propaqandaçların boşboğaz iddiaları səbəb oldu. Diqqət etsəniz «Russkiy mir»i ortaya atanların heç biri etnik olaraq rus deyillər: Simonyan, Kurqinyan, Babayan, Karapetyan, Hambartsumyan, Vardanyan, Keosayan, Miqranyan, Şahnazarov, ermənipərəstlikdə ermənidən də pis olan Solovyev, Kolerov, Pozner, Abbas Cuma, Skabayeva, Popov və s. və qeyriləri zaman-zaman Rusiyanın düşmən əhatəsində yaşaması obrazını yaratmağa çalışmışlar. Feyk xəbərlər uyduraraq qonşu dövlərlərin tarixi, coğrafi və inzibati hüdudları barədə xəbərlər yaymış və düşmən obrazı yaratmışlar. Xüsusən Azərbaycan, Ukrayna, Qazaxstan və Gürcüstan haqqında saxta məlumatlar yaymaqla işğallara və soyqırımlara rəvac vermişlər. Həm psixoloji, həm də informasiya savaşıyla bu dövlətlərin daxili işlərinə qarışmağa cəhdlər etmişlər.


Nürinberq hərbi tribunalı 16 oktyabr 1946-cı ildə hərbi canilər arasında bir jurnalistə də edam cəzası verdi. Onun adı Yulius Ştreyxer idi. Frankoniyalı Gauleiter, antisemit və antikommunist qəzetinin baş redaktoru («Hücumçu» qəzetinin baş redaktoru, «Der Stürmer»), irqçiliyi yayan ideoloq hesab olunurdu. Antisemit təbliğat və soyqırım çağırışlarına görə Nürnberq Tribunalının hökmü ilə edam edilərkən o, etiraz edib deyir: «Mən kimsəni öldürmədim»…


Bəs bu Ştreyxer nə etmişdi? 1923-cü il aprelin 16-da o, özünün «Der Stürmer» qəzetini nəşr etməyə başladı və bu qəzet tezliklə Almaniyada ən radikal antisemit nəşri kimi şöhrət qazandı. O, yəhudilər tərəfindən «Aryan» uşaqların ritual şəkildə öldürülməsi haqqında hekayələr dərc etdi, həmçinin 1937-ci ildə Hindenburq dirijablının partlaması kimi hadisələrdə yəhudiləri günahlandırdı. Qəzetdə çoxlu cizgi filmləri, bəzən açıq desək, pornoqrafik, həmçinin yəhudilərlə bağlı “arilərin” həyatına mane olan şikayətlər var idi: psixiatriya xəstəxanasında olan bir xəstə yəhudilərin onu nahaq yerə ora aparmasından şikayətləndi, bir alıcı yazmışdı ki, ona hər otaqda yəhudiyə məxsus mağazadan köynək gətirmirdilər və s. Ştreyxer məqalələrində ən açıq-saçıq şəkillərdən istifadə edib. O, antisemitizmə elmi məna verdi və iddia etdi ki, qanı yəhudi tərəfindən pozulmuş «ari» bir daha heç vaxt tam hüquqlu «ari» uşaqları dünyaya gətirə bilməyəcək. Yulius istedadlı natiq idi və bütün Almaniyada antisemit çıxışları ilə fəal idi…

… Və bir gün bu propaqandist erməni sürüsünün anti Azərbaycan və Ukrayna haqqında uydurduqları hədyanları incələyincə Ştreyxerin atasına rəhmət oxumalı olursan. Yəni Ştreyxer bu Kremlin təbliğatçı ruporuna nisbətdə bir adam balası olduğunu görürsən.


Azərbaycana və Ukraynaya nüvə raketi atmaqdan tutmuş ən pis antibəşəri təkliflər irəli sürən bu yığnağa, nəinki faşist, heç insan deməyə adamın dili gəlmir.Yəqin ki, onlardan bir gün ayılıb hesab soruşacaq rus xalqına onların da cavabı eyni cür olacaqdır: «Mən kimsəni öldürmədim»…


Hazırda Rusiya, məhz bu erməni zehniyyəti sayəsində «erməni xəstəliyinə yoluxub». Simptomlarına diqqət edin: Hər kəs guya SSRİ-dən ayrılanda özüylə Rus torpağı aparıb… Bütün bu ölkələri ruslar yaradıb…Rusiya tarixi torpaqları…Rus torpağı və dövləti…Qalib rus soldatı…Rus təsir dairəsi…Hüdudsuz rus sərhəddi…Nələr və nələr. Bircə cavab yetərlidir: Allah Batı xana rəhmət eləsin! Gərək Böyük Əmir Teymuru qəzəbləndirməyəydi…

Hələ bu ermənilərin Rusiya kanallarında qalxıb Türk millətinə gəlmə, köçəri demələrindən danışmıram. İsadan öncə «xristian olmalarını» bu efir vasityəsiylə yaymalarını demirəm.


Ya da ki, Yekaterinanı çadıra aldığı və yatağını bölüşdüyü yerdə Baltaçı Paşanın beli qırılaydı. İndi, nə Rusiya vardı, nə Dəli Pyotrun adı, nə də onun alman arvadı Yekaterinanın adı vardı…

Doğrudan da Rusiya «erməni xəstəliyinə» yoluxub. Tibbdə öncələr «Böyüklük iddiası» — Meqalomaniya (мании величия) da «erməni xəstəliyi» adlandırılıb.
Meqalomaniyanın (мании величия) simptomları aşağıdakılardır:


— bir insanın özünü xüsusi əhəmiyyətli bilməsi, zehni və fiziki imkanlarını həddindən artıq yüksək qiymətləndirməsi;
— «narsisizm» (özünə vurğunluq);
— tez-tez əhval dəyişikliyi;
— artan fəallıq, boşboğazlıq;
— başqalarının fikirlərinə etinasızlıq;
— digər insanlara qarşı təcavüzkarlıq;
— yuxusuzluğa meyl;


Lakin ermənilər bu izi itirmək üçün başqa bir xəstəliyi «Aralıq dənizi qızdırmasını» «erməni xəstəliyi» adlandırmağa başladılar. Çoxsaylı müxtəlif tibbi terminlər və anlayışlar arasında səbəbləri hələ də tam başa düşülməyən xəstəliyin adı “erməni xəstəliyi” (buna “mövsümi xəstəlik”, «Aralıq dənizi lixoradkası» da deyilir).


Xəstəlik «erməni» adını almasına səbəb, bu xəstəliklə bağlı diaqnoz qoyulanlar arasında ermənilərin sayı daha çox olmuşlar. Xəstəliyə tez-tez əcdadları Aralıq dənizi hövzəsində yaşayan millətlərin nümayəndələri — yəhudilər və ərəblərdə də rast gəlinir. Guya “Aralıq dənizi qızdırması (lixoradkası)” qədim xalqlarda əsrlər boyu yaranmış xüsusi genetik mutasiya olduğu güman edilir. Əslində isə bu cür xəstəliklər gəlmə xalqülara yoluxduğunu elm təsdiq edir.

“Erməni xəstəliyi” diaqnozu ən çətin müalicə olunan xəstəliklərdən biridir. Bu, bilavasitə xəstənin psixoloji durumu ilə bağlıdır və əksər mütəxəssislərin fikrincə, onun səbəbi gendə meyillilik olan bir insanın keçirdiyi ağır stress və uzun müddət davam edən depressiyadadır. Xəstəlik vaxtaşırı qarın ağrısı sancıları kimi özünü göstərir və nəticədə bütün bədənə yayılır. Ağrı yüksək hərarət, titrəmə, huşunu itirmə, dərinin qaralması ilə müşayiət olunur.


Fiziki ağrıdan əlavə, xəstə psixoloji çətinliklərlə üzləşə bilər: o, əsasən qətllərlə əlaqəli kabuslar görür. Xəstəliyin müalicəsinə gəlincə, ən çox diaqnoz qoyulduqda xəstəyə qızdırma zamanı ağrıları aradan qaldıran kolxitsin adlı dərman təyin edilir.

Çox sayda həkim «mövsümi xəstəliklərin» səbəblərini araşdırmaqla məşğul olub. Amma 20-ci əsrdə onun öyrənilməsinə professor Levon Hovhannisyan və psixoterapevt Armen Nersisyan xüsusi töhfə «veriblər». Diqqət edin. Onların araşdırmalarına görə, qondarma «Erməni Soyqırımı»ndan sağ çıxanların övladları daha çox “erməni xəstəliyindən” əziyyət çəkirlər, çünki dəhşətli hadisələr zamanı genlərdə güclü stress və qorxu yaranıb. “Erməni xəstəliyi” psixoloji səbəblərdən yarandığı üçün onun əsas müalicə üsulu insanı stressdən azad etməkdir. Hələ bəzi erməni alimcikləri bu xəstəliyi «ermənilərin çox qədim, yəni Adəmdən də öncə» olmalarıyla bağlayır. İndi Simonyan və onun bandasının propaqandası sayəsində Putinin danışdığı tarixi və coğrafi nağıllara diqqət edin…


«Russkiy mir», «Russkaya vesna» kalka olsa da Marqonun fəxarətlə danışdığı bir təbliğat hədəfidir. Harada bir rus varsa Rusiya oraya müdaxilə edə bilər.

Ermənilər də elədir. Haradasa milyon əhalisi olan bir şəhərdə belə 3 erməni yaşayırsa, sən demə oranı Tiqran salıbmış. Solovyev təsdiq edə bilər. Xəstəliyin eyni simptomu. Azərbaycan bunu öz tarixi təcrübəsindən daha yaxşı bilir və ermənilərin əsassız iddialarına cavab olaraq məşhur bir aforizm düzəldiblər: «Mətbəxdə tarakanın yaşaması o demək deyil ki, mətbəx tarakana məxsusdur».


Məsələnin kökündə ermənilərin sitayiş etdiyi üzdəniraq faşist Njdenin «Tsexekronizm»də bir «Takank» (hərfi: bic, əsilsiz) bölümü var. Bu millətsiz olan qrupa verilən addır.


Təxminən belə izah edilir: «Takank» ermənilikdə mürtəd ünsürdür, daxili düşməndir və xarici düşmənin əmrində olan düşmənidir. Erməni olaraq takank onurğasızdır və qürur hissi yoxdur, amma bir insan olaraq takank özünü düşünən, muzdlu və iyrəncdir. Onun fikrincə, takankın erməni milləti və dövləti qarşısında heç bir öhdəliyi yoxdur, həmişə özü üçün nə isə tələb edir.


Ümumiyyətlə, «takank»ın heç bir milli kimliyi yoxdur – onun ermənicə danışması isə sadəcə onun nəticəsidir ki, valideynləri bu dili ona ünsiyyət vasitəsi kimi ötürüblər və o, hələ başqa dilə yiyələnməyib. «Takank» vətənini tanımır. «Takank» üçün pul ən yüksək dəyərdir. Hayk Asatryan belə insanları “soy əleyhinə şeytanlar” (erm. ցեղանենգ եյթան) adlandırırdı. Bu, həmişəlik qəzəbli bir kütləyə çevrilmiş ermənilərin ən ölü hissəsidir.

Yəni millətsiz, milli hissi olmayan biridir. Rusiya işğal qrdusunun irəli sürdüyü «denazifikasiya» elə Njdenin önəm verdiyi «Takank»dır. Bu savaş daxildə hər kəsi ukraynalılara milli nifrətə kökləyən bu iyrənc təbliğat, Ukraynada «millətsizləşdirməyə» (denazifikasiya) çalışır. Özünüz müqayisə edin. Belə çıxır ki, ukraynalı olmaq bir günahdır. Milli kimliyini dan və rus boyunduruğuna gir. Bunun adı nədir?


Marks Engelsə yazdığı digər məktubda (24 iyun 1865-ci il) yazır: “Böyük Rusların slavyan olmadığını deyən Lapinskinin doqması, cənab Duxinsky (Kiyevli, Parisdə professor) tərəfindən ən ciddi şəkildə dilçilikdə müdafiə olunur. Tarixi, etnoqrafik və s. nöqteyi-nəzərlə iddia edir ki, əsl moskvitlər, yəni köhnə Moskva Böyük knyazlığının sakinləri, əsasən Monqollar və ya Finlilər və s. ibarətdir, xüsusən də Rusiyanın şərq və cənub — şərq hissələrində yerləşən hissələri …

Duxinskinin gəldiyi nəticələr: Rus adı ruslar tərəfindən qəsb edilib. Moskovitlər. Onlar slavyan deyillər və hind-alman irqinə mənsub deyillər, yenə də Dneprdən qovulması lazım olan intruslardır [gəlmələr] və s. … Duxinskinin haqlı olmasını istərdim və buna görə də ən azından bu fikir slavyanlar arasında hakim olardı» (K. Marks. Əsərlər, cild 31, s. 106-107).


Üstəlik «Z» işarəsi Marqarita Simonyan ağlının məhsulu olduğunu artıq RF Müdafiə nazirliyindəki mənbələr də etiraf ediblər. Belədirsə, burada mütləq bir erməni pisliyi var və bunu ermənilər bilməmiş deyillər.

ARDI VAR…

Bu xəbəri paylaşın: