Bu gün, 13.06.2026-cı il tarixdə Yardımlı şəhər M.F.Axundov adına 1 saylı tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi. Tədbiri məktəbin direktoru Nəsimi Qurbanov açdı. Tədbirdə məktəb kollektivi, XI sinif şagirdləri, məktəb Valideynlər Komitəsinin sədri M. Əliyev və valideynlər iştirak etdilər.
Tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi. Daha sonra çıxışlar oldu, bir qrup fərqlənən müəllim məktəb direktoru tərəfindən fəxri fərmanlarla təltif edildi.
Sonra söz məktəb Valideynlər Komitəsinin sədri, Qarabağ müharibəsi veteranı, AVMVİB-in Yardımlı rayon ictimai birliyinin sədri M. Əliyevə verildi. M. Əliyev məktəbdə görülmüş işlərdən, təhsil ocağının nailiyyətlərindən danışdı, məktəb rəhbərliyinə və müəllim kollektivinə təşəkkürünü bildirərək onlara yeni uğurlar arzuladı.
O, təhsildə fərqlənən müəllimləri AVMVİB-in Yardımlı rayon ictimai birliyi adından fəxri fərmanlarla təltif etdi, yüksək bal toplayan şagirdlərə isə AVMVİB-in Yardımlı rayon ictimai birliyi adından fəxri fərmanlar və hədiyyələr təqdim etdi.
AVMVİB-in Yardımlı rayon ictimai birliyinin sədri


