İkinci Qarabağ müharibəsi iştirakçısı İlkin Rzaquliyevin oğlu Xəzər Rzaquliyev bu gün məzunlar sırasındadır. İlkin Rzaquliyev övladı ilə birgə çəkilmiş fotosunu paylaşaraq: “İllər nə tez keçdi… Sənə gələcək həyatında uğurlar arzulayıram” sözlərini qeyd edib.
Qeyd edək ki, İlkin Rzaquliyev İkinci Qarabağ müharibəsinin veteranıdır. Atası Füzuli Rzaquliyev isə həm Birinci, həm də İkinci Qarabağ müharibələrində iştirak edərək Vətənə xidmət göstərib. İlkin bəyi övladının məktəbi bitirməsi münasibətilə səmimi qəlbdən təbrik edir, Xəzər balamıza gələcək həyatında uğurlar arzulayırıq.
Arzu edirik ki, o da babası Füzuli Rzaquliyev və atası İlkin Rzaquliyev kimi Vətəninə, xalqına layiqli xidmət edən bir övlad olsun. Son zəngin mübarək, Xəzər! Uğurların daim bol olsun!
Elnur Səlim

.jpg)

