Krım körpüsünün taleyi artıq HƏLL OLUNUB — MƏHV EDİLƏCƏK

Krım körpüsü mütləq dağıdılacaq.

Bu fikirləri Kanal 24-ə müsahibəsində Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Viktor Andrusiv deyib.

Onun sözlərinə görə, Ukraynanın Kerç boğazından keçən Rusiya körpüsünə hələlik zərbə endirmək imkanı yoxdur.

“Hələlik bunun üçün belə silahlarımız yoxdur. Daha doğrusu, var, amma biz Azov dənizinin sahillərinə çox yaxınlaşmalıyıq”, – Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri deyib.

“Bir şeyi deyə bilərəm: Krım körpüsü mütləq dağılacaq. Yeganə sual bunun nə vaxt olacağıdır”, – Viktor Andrusov əlavə edib.

Aprelin sonunda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, körpünü dağıtmaq mümkün olan kimi, bunu edəcəklər.

Xuraman Etibarlı,

Mənbə: KONKRET.az

Bu xəbəri paylaşın: