KÖLN ŞƏHƏRİNDƏ «erməni soyqırımı» ABİDƏSİ SÖKÜLÜB KƏNARA ATILIB

Avropa ölkələrinin əksəriyyətində qoyulmuş «erməni soyqırımı» abidələrinə qarşı yerli əhalidə artıq itaətsizlik meylləri artmaqdadır. Buna görə də Avropanın əksər mərkəzi şəhərlərinin ən görüntülü yerlərində erməni diasporu tərəfindən düzəldilmiş «erməni soyqırımı» abidələrinin lazımsız olması barədə fikirlər səslənməkdədir. KÖLN şəhər meriyasının bu barədə 2 gün öncəki qərarı buna əyani sübutdur.

Erməni müxalifəti bu söküntünün əsas səbəbkarı Paşinyan hakimiyyətinin «türk meylli» olmasında və xarici ölkələrdəki erməni səfirlərinin cındır («TRYAPKA») olmalarında görürlər. Daha düşünmürlər ki, dünya ölkələrində qondarma erməni problemləri daha heç kim üçün elə də maraqlı deyil və belə getsə bütün ölkələrdə erməni soyqırımı abidələri söküləcək.

Bundan qorxuya düşən erməni müxalifəti bütün ermənilərə müraciət edərək bildirib ki, -«Nə qədər ki, Nikol və Nikolizm var, Ermənistandakı ziyarət yerimiz «Cicernakaberd» (Qaranquş qalası) memorialının da bir işıqlanan «Ararat» (Ağrı dağı) səhərində sökülmüş halda görmənizə heç də təəccüblənməyin».

İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni araşdırmaları və Təlim Mərkəzinin direktoru

Bu xəbəri paylaşın: