Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi və Xocalı şöbələrində tədbir keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və qazilərə şəfa diləyiblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi və Xocalı şöbəsinin sədri Ramiz Ağayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəailiyyəti, onun Azərbaycan tarixindəki rolu və xidmətləri haqqında məlumat verdi. Ümummilli Lideri Heydər Əliyevin həyatı, idarəçilik və dövlətçilik sahəsində siyasi fəailiyyəti, xalqımız və dövlətimiz qarşısında göstərdiyi böyük xidmətləri barəsində çıxış etdi.
O, bildirdi ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanmışdır.
Heydər Əliyevin həyatı, idarəçilik və dövlətçilik təcrübəsi haqqında çıxışlar oldu.
Tədbirdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin (AVMVİB) sədr müavini polkovnik Salman Musayev qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik Lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik hüquqi-dövlət quruculuğunda , ölkəmizin qüdrətlənməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhvələrdən danışıb.
Salman Musayev Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti, Alıi Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Vətən müharibəsində qazandığı Böyük Zəfərin əhəmiyyətindən danışıb.Torpaqlarımızın işğaldan azad olunmasının Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri olub və bu missiyanın Heydər Əliyev irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yerinə yetirildi, bu gün üçrəngli bayrağımızın işağldan azad olunmuş torpaqlarımızda dalğalanır. Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi, məhz Ümummilli Lider Heydər Əliyevin ölkəyə yenidən rəhbərliyə qayıtdığı vaxtdan başlanılan genişmiqyaslı dövlətçilik, quruculuq, iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsi işlərindən başlanıb.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəailiyyətindən siyasi fəailiyyətindən bəhs edən müxtəlif mövzularda məruzələr dinlənilmişdir:
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi və Xocalı şöbə sədrinin təşkilati işlər üzrə müavini Azad Sadıqov “Azərbaycanı ucaldan və müstəqilliyə qovuşduran “Ulu Öndər Heydər Əliyevin barəsində çıxış etdi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi və Xocalı şöbəsinin şəhid ailəsi Sahibə Şahmuradova “ Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin xilaskarı mövzusunda çıxış etdi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi və Xocalı şöbə sədrinin ictimai əlaqələr üzrə müavini Nazim Hüseynov “Heydər Əliyev Azərbaycanın müasir dünyada yeri mövzusunda” çıxış etdi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi və Xocalı şöbəsinin şəhid ailəsi Pərvanə Məmmədova “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu olan Qarabağın düşmən tapdağından azad edilməsi arzusunu” həyata keçirən Ali Baş Komandanımız İlham Əliyev haqqında çixiş etdi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü istefada olan mayor Nuru Nuriyev “Azərbaycan ordusunun yaradıcısı və dövlət çevrilişlərinin qarşısının alınmasında Ulu Öndər Heydər Əliyevin” rolu barəsində çıxış etdi.