TƏBRİK: RƏHİMOV MÜBARIZ ƏJDƏR OĞLU — 60


İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə ınsanlardan biridə, Daxili Qoşunların həyatında öz dəst- xətti olan peşəkarlığı, qabiliyyəti və səmimiyyəti ilə secilən, ömrünün ən məhsuldar dövrünü Sovet Ordusunda və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında kecirən hörmətli Müharibə Veteranımız — istefada olan kapitan Mübariz Əjdər oğlu Rəhimovun may ayının 9 — da 60 yaşı tamam olur.


Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan Müharibə Veteranı — istefada olan kapitan Rəhimov Mübariz Əjdər oğlunu doğum günü münasibətilə «Azərbaycan Vətən Müharibəsi Veteranları » İctimai Birliyin (AVMVİB) rəhbərliyi və «Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan ucun ən şirin neymət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.


1962 ci ildə Azərbaycan Respublikasının Neftçala rayonun Şor kəndində anadan olub.


1979 -cu ildə Neftcala rayonun Şor kənd orta məktəbi, 1986 cı ildə Sovet Ordusunun Moskva şəhərinin Nikulinski şəhərində yerləşən gizirlər məktəbini, 1999-cu ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən hərbi məktəbin ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki -təlim toplanışlarda , müvafiq kurslarda, xüsusi — taktiki təlimlərdə, seminar və konfranslarda iştirak edib.


1981 — 1983 -cü ilərdə Sovet Ordusunun Almaniyada yerləşən hərb qoşun birləşmələrində müddətli həqiqi hərbi xidmətə olub.

1983 -1991 -ci illərdə Sovet Ordusunun Qavqaz Hərbi Dairəsinin Salyan rayonun Çuxanlı kəndində yerləşən hərbi hissədə aviasiya üzrə texnik vəzifəsində işləyib.


1992 — 2004 — cü illərdə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Nərmanov, Ağdam, Füzuli, Xətai və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrdə taqım və böluk komandiri, vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib .

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.


O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.


Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, Şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində , fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.


Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, pulla, əlacı döş və yubiley nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yeitrərkən fəriqləndiyinə görə SSRI Ali Soveti və Azərbaycan Respublikasının Prezıdentı adından müvafiq medalarla təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MÜBARİZ BƏY.
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: