Azərbaycanın XİN-i deyir ki, Paşinyan təkcə (S)artsaxı deyil, həm də yeddi yaşayış məntəqəsini də təhvil verməyə razılaşıb

Bayramov Nikolun şahidi kimi Fransa meydanına toplaşan vətənpərvər ermənilərin bütün qorxularını bir daha təsdiqləyib.

Azərbaycanın xarici işlər naziri Bayramovun sözlərinə görə, Brüsseldə Nikol təkcə (S)artsaxın Azərbaycanın tərkibində qalmasına razı olmayıb, həm də Ermənistanla sərhəddə yerləşən 7 yaşayış məntəqəsini türklərə verəcək. Həmin yaşayış məntəqələrini azad etmək və saxlamaq üçün çoxlu qəhrəman oğlanlar həlak oldu.

Erməni xalqı Nikol xuntasının onları təslim etməsinə icazə versə, sabah vətəndaşlarımız hər addımda əsir düşəcək, kəndlərimiz, yollarımız türklər tərəfindən atəşə tutulmaqda davam edəcək.


Ermənistan Nikolsuz qalib gəlməlidir. Başqa variant yoxdur.

Mənbə: https://www.armlife.am/news/200886.html

İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin drektoru

P.S. Bu binəva erməni adlı məxluqlar işğal etdikləri kəndləri hələ də Ermənistan torpağı sayırlar.

Bu xəbəri paylaşın: