AVMVİB Beyləqan rayon şöbəsində

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov müharibə veteranı Mahir Fərmayıl oğlu Mehdiyevi AVMVİB-nin təsis etdiyi Xatirə medalıyla təltif edib.

Müharibə veteranı Mahir Mehdiyev Beyləqan rayonu Daşbulaq kəndində anadan olub. 1992-ci ildə Beyləqan Özünümüdafiə batalyonuna yazılıb və bu batalyonun tərkibində ir sıra döyüşlərin iştirakçısı olub.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov M. Mehdiyevi təltif münasibətiylə təbrik edib və bundan sonra da fəal üzvlərimizdə biri kimi fəaliyyətini davam etdirəcəyinə əin olduğunu bildirib.

Mərasimdə AVMVİB Beyləqan rayon şöbəsi sədrinin müavini Məmməd Məmmədov iştirak edib.

Təbrik edirik!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: