Lavrov: Rusiya 1917-ci ildə olduğu kimi tarixi seçim qarşısındadır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, kollektiv Qərb Rusiyaya qarşı “total hibrid müharibəsi” elan edib və Rusiya tərəfi çağırışı qəbul edir, deyə «MK» yazır.

«Aydındır ki, istisnasız olaraq hamı bunun nəticələrini hiss edəcək», — nazir Xarici və Müdafiə Siyasəti Şurasının iclasında belə deyib.

Lavrov həmçinin qeyd edib ki, Moskva birbaşa toqquşmadan qaçmaq üçün hər şeyi edib və sanksiyalara gəlincə, onlar üçün sanksiyalar heç də yad deyil, çünki onlar demək olar ki, həmişə olub.

Nazir görüş iştirakçılarının diqqətini, dönüş nöqtəsində baş verənlərə yönəldib. O, bildirib ki, indi ölkə 1917 və 1991-ci illərdə olduğu kimi “tarixi yol seçimi qarşısındadır”.

Elnur Səlim

Bu xəbəri paylaşın: