İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Yaşın üstünə hər yaş gələndə daha da kamilləşirsən. Belə insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, vətənpərvərliyi və idarəçilik qabiliyyəti ilə seçilən hörmətli veteranımız polkovnik Zahid Teymurovdur. Onun may ayının 15 -də 67 yaşı tamam olur .
Həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan istefada olan polkovnik Zahid Teymurovu doğum günü münasibətlə «Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Hər yeni yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt kecsin.
Polkovnik Teymurov Zahid Baba oğlu 1955 — ci ilin may ayının 15 — də Azərbaycan Respublikasının Füzuli rayonunda ziyalı ailəsində anadan olub.
1976 — cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının LKGİ — nın 60 illiyi adına Leniqrad Ali Hərbi Siyasi Məktəbini, 1985- ci ildə Moskvada Hərbi Akademiyanı, 1993 — cü ildə isə Bakı Dövlət Universitetinin hüqüq fakultəsini bitirib.
O,1986 — 1991 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi hissələrində bölük komandirinin tərbiyə işləri üzrə müavini, alayın tərbiyə bölməsində baş təlimatcı, tabor və alay komandirinin tərbiyə işləri üzrə müavini vəzifələrində olub.
Zahid Teymurov 1991- 2015 ci — illərdə Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların Baş İdarəsinin Bakı şəhərində yerləşən Konvoy — mühafizə alayın komandiri, cəbhə bölgəsində yerləşən Xüsusi təyinatlı birqadanın komandiri, Daxili Qoşunlar Komandanın birinci müavini -qərargah rəisi, DİN-in Bakı Baş Polis İdarəsinin Nəsimi rayon Polis idarəsinin rəis müavini vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. » Vətən» mükafatı ilə təltif olunub.
O, Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Horadiz istiqamətində gedən döyüşlərdə Daxılı İşlər Nazirliyinin Daxili Qoşunlarının və polis qruplaşmasının hücum əməliyyatını işləyib hazırlanmış və döyüş hərəkətlərini idarə etmişdir. Bu uğurlu hücum əməliyyatı nəticəsində Horadiz qəsəbəsi və 11 (on bir) yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

Hərbi Vətənpərvərlik mövzusunda yazılmış bir çox nəşrlərin müəllifi Zahid Teymurov Dağlıq Qarabağda Horadiz əməliyyatını ümumilli Liderimiz Heydər Əliyevə məruzə edən hərbiçi kimi, xalqımızın tarixi yadaşında xüsusi yer tutmuş şəxslərdən biridir.
Zahid Teymurov DİN-in Daxili Qoşunlarında və Bakı Şəhər Baş Polis İdarəsinin Nəsimi rayon Polis İdarəsində xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Daxili Qoşunların Döyüş xidməti, Daxili İşlər Nazirliyinin Post — Patrul xidməti və İntizam nizamnamələrinin, Hərbi Qulluqçuların və Polisin Etik Davranış Kodeksinin tələblərinin, əmr və sərəncamlarını dəqiq və sözsüz yerinə yetirilməsi işində daimə nümunə göstərib. Bir çox metodiki — təlim toplanışlarda, ixtisas artırma kurslarda, xüsusi — taktiki təlimlərdə seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və bacarıqlarını maksimal təhkimləşdirib və beləcə Daxili Qoşunlarda və Daxili İşlər Orqanlarında özünü son dərəcə faydalı kadr olaraq təsdiq edib.
Polkovnik Zahid Teymurov həmişə Ulu Öndərin idealarına, dövlət başçımızın yeritdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan zəhmətkeş zabit olub. Qanunvericiliklə DİN- in Daxili Qoşunlarına və Daxili İşlər Orqanlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə və yaşayış (cəzaçəkmə müəssisələrində) baş vermiş ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və idarə olunmasında, düzgün istiqamətləndirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlib.
Təsadüfi deyil ki, xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri göstərdiyinə , döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə SSRİ və Azərbaycan Respublikası Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının, Bakı Şəhər Baş Polis İdarə rəisinin, Ali Hərbi Məktəb və Hərbi Akademiya rəislərinin, Diviziya və Hərbi hissə komandirlərinin, Nəsimi rayon Polis İdarə rəisinin əmrləri ilə müxtəlif zamanlarda fəxri fərmanlar, qiymətli hədiyyələr, əlaçı döş və yubiley nişanları ilə təltif olunub və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında, respublikada əmin amanlığın təmin edilməsində, əsayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə Polkovnik Zahid Teymurov SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə bir çox medallarla təltif edilib.
Hərbi və Polis yoldaşları onu vətənpərvər, qorxmaz, insanpərvər, səxavətli, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı illərdə, istər xidmət etdiyi və çalışdığı mühitdə, isərsə də dost-tanış, qohum -əqraba tanış arasında özünə böyük hörmət qazanıb

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ZAHİD MÜƏLLİM.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev