Tovuz rayonunda müharibə veteranları şəhidimiz Nağıyev Pərviz Güloğlan oğlunun il dönümü mərasimində iştirak ediblər. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyevin rəhbərliyi ilə şəhidin məzarı ziyarət edilmiş və məzarı üzərinə gül qoyulub. Şəhidin ruhuna dualar edilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsi sədrinin müavini Çingiz Babayev məlumat verib.
Azərbaycan Ordusunun çavuşu olan Pərviz Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. P. Nağıyev sentyabrın 29-da Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə Tovuz rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamına əsasən Pərviz Nağıyev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.
Çingiz Babayev bildirdi ki, şəhid Pərviz Nağıyevin məzarını ziyarətdən sonra muharibə veteranı Hüseynova Lətifə Fətəli qızına baş çəkdik. Ona ehtiyacı olan əl əsası verdik. Həm də Lətifə Hüseynovanı Fəxri Fərmanla təltif etdik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanlari cənnət olsun və qazilərimizi qorusun!
Foto: Aynur Həsənova