Türkiyə İsraillə səfirlərin təyin olunması imkanlarını müzakirə etməyə hazırdır.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailə səfəri zamanı belə deyib.
XİN başçısı qeyd edib ki, tərəflər müvafiq dövlət qurumları arasında texniki görüşləri bərpa etmək barədə razılığa gəlib.
“Lapidin Türkiyəyə səfəri zamanı İsraillə qarşılıqlı səfirlərin təyin edilməsi məsələsini dəyərləndirmək qərarına gəldik”, – deyə Çavuşoğlu bildirib.
Bu xəbəri paylaşın: