Şarl Mişel Rusiyaya yaydığı dezinformasiyaya görə xəbərdarlıq etdi

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Rusiyanı dezinformasiya yaymamağa çağırıb.

Bu barədə Şarl Mişel Tviterdə paylaşım edib.

“Dezinformasiyanı dayandırın! Sanksiyalar deyil, Ukraynadakı müharibəniz daşımaların qarşısını alır və ərzaq təhlükəsizliyini təhlükə altına alır. 20 milyon tondan çox taxıl ixracını sizin minalarınız və müharibəniz bloklayıb. Müharibəni dayandırmalı və qlobal ərzaq təchizatı zəncirlərini bərpa etməliyik”, — Mişel yazıb.

Xatırladaq ki, Rusiya Humanitar Yardım üzrə İdarələrarası Əlaqələndirmə Qərargahının rəisi, Milli Müdafiə Nəzarəti Mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev deyib: «Qərb Ukraynadan taxılı mümkün qədər tez çıxarmağa çalışır, taxıl anbarları boşaldıqdan sonra ölkədə nə baş verəcəyi qətiyyən onu maraqlandırmır».

Bu xəbəri paylaşın: