I Pyotrun Xəzərsahili torpaqları işğal edənə qədər rusların ermənilərlə əməkdaşlıqları simvolik səciyyə daşısa da, işğalın gedişi zamanı isə sıx əməkdaşlığa çevrildi.

I Pyotra ermənilərin yaxınlaşmasında İsrail Ori (1658-1711), onun ölümündən sonra isə Minas Vardapet mühüm rol oynaydı. I Pyotrun 1724-cü il noyabrın 10-da erməni xalqına əlahəzrət fərmanı (Высочайшая грамота) və onunla bağlı digər sənədlər (Высочайшие указы) belə bir şəraitdə verilmişdi. I Pyotrun varisləri dövründə ermənilərin işğal edəcəkləri qədim türk yurdları İrəvan və Qarabağ xanlıqlarında yerləşdirilməsinə üstünlük verilirdi. Bu da Türk dünyası ilə Osmanlı arasında bufer zonası kimi məqsədə xidmət edirdi. İstanbul müqaviləsindən sonra I Pyotr işğal olunmuş Xəzərsahili torpaqlarda ermənilərin məskunlaşdırılmasına daha çox əhəmiyyət verirdi. I Pyotr sentyabrın 24-də İstanbul müqaviləsindən sonra ratifikasiyaların mübadiləsi üçün İstanbula ezam etdiyi Aleksandr Rumyantsevə öz əlilə yazdığı təlimatda gürcü və ermənilərin vəziyyəti və gücünü müəyyənləşdirməyi tapşırmışdı. 1724-cü il 10 noyabr tarixli reskriptdə isə I Pyotr bilavasitə ermənilərin işğal olunmuş torpaqlara köçürülməsindən bəhs edir .
ERMƏNİ XALQI ADINA ALİ FƏRMAN «1724 ci il noyabr ayının 10-cu gunu.
Allahın mərhəməti ilə Birinci Pyotr, imperator və ümumrusiya hökmdarı.
Vicdanlı patriarx İsayaya, və düzgün yüzbaşılara Avana və Mirzəyə və qeyrətli yüzbaşılara erməni xalqına bizim imperator rəhmimiz və təbriklərimiz.
Bizim bu mərhəmətli fərmanı ilə sizə elan edirəm ki, siz bizə keşiş Antonio və Kehya ilə qöndərdiyiniz xəbəri aldıq və onlar şifahi niyyətləriniz haqqında bizə bildirdlər. Bizim imperator proteksiyasına qəbul olunmaq üçün göstəriş verdim ki, sizin evlərinizlə və familiyalarinızla gələcəkdə təzə aldığımız fars əyalətlərində sizə rahat yaşamaq üçün bütün Xəzər dənizi boyu, torpaqlar versinlər, orada xristian dininə öz qanunuzla heç nədən çəkinmədən ibadət edə bilərsiniz. Biz xristianlıq naminə erməni xalqının mərhəmətlə hörmətini saxlayırıq, bundan ötrü öz tərəfimizdən bizim mudirlərə lazım olan fərmanlar göndərdik ki, onlar sizə fars əyalətlərində — Gilan, Mazandaranda, eləcə də Bakıda əlverişli yerlər ayırsınlar, sizləri nəinki ora gələn kimi qəbul etsinlər, hətta yaşamaq uçun əlverişli torpaqları nişan versinlər və sizə hərtərəfli mərhəmətli göstərsinlər. Sizi inandırmaq uçun bu imperator fərmanını göndəririk və hətta yuxarıda qeyd olunan adamları geri qaytardıq ki, onlar sizə bu fərmanı şifahi çatdırsınlar.
Kansler qraf Qolovkin, Andrey Osterman, Ober sekretar Yuryev Fyedor Protopopov.
Bu protokoldan fərmanların surəti erməni dilinədəçevrilmiş böyuk dövlət mohürü vurumuşdur.
#GizliFAYL