Tərtərdə şəhidin mövludu mərasimi keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsi veteranları şəhid İntiqam Rövşən oğlu Mənsimlinin mövludu ilə bağlı mərasimdə iştirak ediblər.

44 günlük Vətən müharibəsinin şəhidi Məsimli İntiqam Rövşən oğlu 1998-ci il iyun ayının 5-də Tərtər rayon Kəngərli kəndində anadan olmuşdur.


2004-cü ildə Kəngərli kənd S. C. Zeynalov adına məktəbin 1-ci sinifinə getmiş və 2012-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olmuşdur.


27 sentyabr 2020-ci ildə müharibə başlayan gündən murovdağı istiqamətində gedən ağır döyüşlərdə mərdliklə döyüşmüşdür.


1 oktyabr 2020-ci ildə Suqovuşan və Talış kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək düşmənin xeyli sayda canlı qüvvəsini, texnikasını məhv etmişdir.


Ağ uçuq deyilən dağın qərb tərəfi Ağdərə istiqamətində gedən döyüşlərdə 16 oktyabr 2020-ci ildə aldığı qəlpə yarasından şəhid olub.

Mənsimli İntiqam göstərdiyi qəhrəmanlığa görə Ali Baş Komandan İlham Əliyev tərəfindən ölümündən sonra Vətən uğruda, «Suqovusanın azad edilməsinə görə», «Cəsur döyüşçü» medalları ilə təltif edilmişdir.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev məlumat verib.


Yaşadığı kənddə şəhidin adına valideyinləri tərəfindən Bulaq kompleksi inşa edilmişdir.


Təhsil aldığı məktəbdə 1-ci sinif şəhidimizin adını daşıyır. 5 may 2020-ci ildə Anım tədbiri keçirilərək AVMVİB -nin, döyüş yoldaşlarının şəhid valideyinlərinin iştirakı ilə şəhidin qəbri ziyarət edilərək dualar oxunmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin!


Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Tərtər

Bu xəbəri paylaşın: