Beyləqanda şəhidin mövludu mərasimi keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhid Mansur Elnur oğlu Teymurovun mövludu ilə bağlı mərasimdə iştirak ediblər.


5 iyun 1999-cu il Beyləqan rayonu Şahsevən kəndində anadan olan şəhidin ad günü mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, rayon İH Şəhid Ailələri və Veteranlarla İşin təşkili şöbəsinin müdiri Heybət Əliyev, kənd sakinləri və məktəblilər iştirak ediblər.


Çıxış edənlər şəhid Mansur Teymurovun keçdiyi döyüş yolundan danışıblar.


Şəhid Mansur Teymurov Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının düşməndən azad edilməsində iştirak edib və onun qəhrəmanlığı ölümündən sonra «Cəsur döyüşçü», «Vətən uğrunda», «Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlının azad edilməsinə görə» medalları ilə təltif edilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov şəhidin valideynlərinə AVMVİB sədri Füzuli Rzaquliyevin adından başsağlığı verib və şəhid M. Teymurovun təltiflərini təqdim ediblər.

Şəhidin məzarı ziyarət olunmuş və ruhuna dualar oxunmuşdur.


Allah şəhidlərimizə rəhmət eləsin!


Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Beyləqan

Bu xəbəri paylaşın: