ŞƏRƏFLƏ YAŞANAN ZABİT ÖMRÜ: BƏXTİYAR HƏSƏNOV – 52

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  həyatında öz dəst  xətti olan, yüksək  peşəkarlığı, humanistliyi, dərin zəkası,  vətənpərvərliyi, sadəliyi və səmimiyyəti , dəqiqliyi və təmkinliyi,  insanpərvərliyi  və təşkilatclıq bacarığı ilə  seçilən, ömrünün ən məhsuldar dövrünün  26 ildən cox şərəfli xidmət  yolunu hərbı xidmətdə kecirən Veteranmız ehtiyatda olan Polkovnik—leytenant Həsənov Bəxtiyar Xasay oğlunun iyun ayının  7 — də 52 yaşı tamam olur.

Həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan  Polkovnik — leytenant  Həsənov Bəxtiyar Xasay oğlunu doğum günü münasibətilə  «Azərbaycan Vətən Müharibəsi Veteranları»  İctimai Birliyinin (AVMVİB) rəhbərliyi,  »  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev  səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və  həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.  Hər yeni yaş Bəxtiyara  sevinc dolu illər bəxş etsin, hər yeni günü isə  onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Polkovnik – leytenant  Həsənov Bəxtiyar Xasay oğlu  iyun ayının  7-də  1970-ci il Bakı şəhərində anadan olub. Əslən Zəngəzur mahalındandır. Ailəlidir. İki övlad atasıdır.

1987-ci ildə  Bakı şəhərində tam orta məktəbi,  1991 -ci ildə SSRİ Daxili işlər Nazirliyi Daxili Qoşunların Novosibirsk Ali Hərbi Komandanlıq məktəbini,  1997 — ci ildə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən zabitlərin tədris mərkəzində  tabor komandiri  kursunu, 2015 ci ildə isə Sankt-Peterburq  Dövlət İqtisadiyyat Üniverstetinin hüquq fakültəsini bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində  kecirlən  bir çox metodiki təlim toplanışlarında, Xüsusi — taktiki təlimlərdə, Nümunəvi göstərici məşğələlərdə,  müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

1991  — 2008 ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Səbayıl, Nərimanov, Nizami,  Binəqədi, Xəzər, Hacqabul rayonlarında,  Lənkəran,  Naxçıvan və Gəncə şəhərlərində yerləşən  Konvoy (Mühafizə),  Xüsusi Motorlaşdırılmış  Polis və Əməliyyat  təynatlı  hərbi hissələrdə və Alı Hərbi Məktəbdə —  Taqım və Böluk komandiri, Xidmət üzrə bölmə rəisi, Qərargah rəisinin müavini, Döyüş hazırlığı bölməsının rəsi,  Hərbı hissə komandirinin birinci  müavini –Qərargah rəisi, Hərbi — elmi şöbənin rəisi  vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə  xidmət edib.

Polkovnik — leytenant  Həsənov Bəxtiyar Xasay oğlu  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyə Cümhuriyyətinin  Jandarma Qüvvələrinin Ankara və İstanbul, Rusiya Federasiyasının isə Daxili Qoşunların  Perm şəhərində yerləşən hərbi institutunda və hərbı hissələrində işgüzar səfərdə olub.

Bəxtiyar Xasay oğlu  Həsənov  Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində)  gedən döyüşlərdə fəal iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları  şərəf və məsuliyyət hissi ilə yerinə yetirib. Müharibə Veteranıdır.

O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, Şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi  ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, birləşmiş silahlı dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqəladə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə  SSRI  və  Azərbaycan Respublikası  Daxili İşlər Nazırlərinin,  Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin,  Ali Hərbi Məktəb rəisinin, Diviziya və hərbi hissə komandirlərinin  müvafiq əmrləri ilə  «Əla xidmətlərə görə» döş və yubiley nisanları  ilə təltif olunub,  fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırlıb  və ona təşəkkür  elan edilib.

Hərbi yoldaşları  onu vətənpərvər, qorxmaz, səxavətli, əliacıq,  zəhmətkeş,  ən gözəl ailə başçısı, qətiyyətli, qayğıkeş insan və nüfuzlu zabit kimi dəyərləndirirlər. O, təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və çalışdığı  mühitdə, istərsə də qohum- əqrəba, dost — tanış  arasında özünə layiqli hörmət qazanıb.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, Respublikada əmin — amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:

«Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;

-«Silahlı Qüvvələrin yaranmasının» 90 illiyi  ( 1918 — 2008 )  yubiley   medalı ilə;

«Qüsursuz Xidmətə Görə «3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə,

«Qüsursuz  Xidmətə Görə «2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,

«Qüsursuz Xidmətə Görə «1 -ci dərəcəli medalı ilə -Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə,

Polkovnik —  leytenant  Həsənov Bəxtiyar Xasay oğlu  «Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin» üzvüdür. Azərbaycan Vətən müharibəsi Veteranlari İctimai Birliyinin  təsis etdiyi bir sıra xatirə medaları ilə təltif olunub.

DOĞUM  GÜNÜN MÜBARƏK OLSUN, BƏXTİYAR BƏY!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNƏ GÖRƏ VERSİN!

BÜTÜN ARZULARINA ÇATASAN, İNŞALLAH!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini- polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: