TƏBRİK: Vahid Abdurəhmanov — 54

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanovun 54 yaşı tamam olur.


Vahid Abdurəhmanov cəbhə sonrası həyatı əsasən AVMVİB — nin fəaliyyətiylə bağlı olub. İstər fərdi, istərsə də təşkilat daxili problemlərin həllində daim öndə olub.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev ad günü təbrikində yazır: «Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Əbdurəhmanov, həm də birliyin inkişafında xidmətləri olan veteranlarmızdandır. Bir çox hərbi — vətənpərvərlik lahiyələrınin həyata keçirilməsinə rəhbərlik edib. Yorulmadan AVMVİB-nin prespektivi, inkişafı uğrunda çalışmaqdadır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdən dönmuş döyüşcü gənclərimizin ictimai həyatda adaptasiyası üçün çalışmaqdadır».

Nihat Asyanın bir sözü var: «O da qazi olmaq istədi, fəqət ona anlatmaq gərəkdi ki, şəhid olmağı gözə almayan, qazi ola bilməz».


Vahid Abdurəhmanov qazi kimi, həm Vətən qarşısında, həm də səngərdaşları qarşısında öz borcunu ləyaqətlə yerinə yetirməyə çalışmaqdadır.


44 günlük Vətən müharibəsi günlərində qazanılacaq Zəfərdə payının olması üçün dəfələrlə əsgərlərimizlə görüşərək rastlaşılan çatışmazlıqların aradan qaldırılması üçün çalışmaqdaydı. Bu gün qocaman Tarix qarşısında ömrünün 54-cü ilini başa vurur.


Şair Orxan Şaik Gökyay dediyi kimi:

Bu Vətən, toprağın qara bağrında,
Sıra dağlar kimi duranlarındır.
Bir tarix boyunca, onun uğrunda,
Özünü tarixə verənlərindir…


Tarixə çevrilən 54 yaşın mübarək, Vahid bəy!


Belə bir əlamətdar gün münasibətiylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Fedai. az kolektivi Vahid Abdurəhmanovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda ona ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.


Bütün gözəlliklər sənin olsun və bu gözəlliklər içində 100 yaşa!


AVMVİB Mətbuat Xidməti və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: