Şəhid ailələri, müharibə veteranları və onların övladları konsertdə iştirak ediblər

Şəhid ailələri, müharibə  veteranları  və onların övladları Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən hesabat konsertində iştirak ediblər.

Şəhid ailələrinə, müharibə veteranlarına və onların övladlarına, Azəri-Qafqaz mahnı və rəqs kollektivi  tərəfindən  Azərbaycanın şanlı qələbəsinə — həsr olunmuş  tədbirdə, Hacı Zeynalabdin Tağıyev adına toxucu-tikiş sənaye, açıq səhmdar cəmiyyətinin direktoru, əməkdar mədəniyyət işçisi, qızıl qələm mükafatı laureatı   Azad Aslanov, Azərbaycan vətən müharibəsi veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev,, Xətai rayon YAP sədri  Vüqar Rəhimzadə, Azərbaycan şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi  ictimai   birliyinin Xətai rayon şöbəsinin sədri İkram Tağıyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev, Azərbaycan Respublikası şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi içtimai birliyinin mətbuat xidmətinin rəhbəri, Səbayıl şöbəsinin sədri, 1- ci Qarabag və 44 günlük vətən müharibəsi qazisi, eyni zamanda Zəfər TV internet televiziyasının baş redaktor, təsisçisi və ehtiyatda olan polkovnik  Məhərrəm Əliyev, müharibə veteranları və qazilər, ehtiyatda olan polkovnik — leytenant Tahir Məmmədov, ehtiyatda olan polkovnik — leytenant Bəxtiyar Həsənov, ehtiyatda olan polkovnik — leytenant İlyas Əhmədov,  Hacı Zeynalabdin Tağıyev adına toxucu-tikiş sənaye, açıq səhmdar cəmiyyətinin klubunun Azəri-Qafqaz mahnı və rəqs kollektivinin bədii rəhbəri  Səma  Həsənova, müəllim heyəti — Vüsal Həsənli, Fidan Həsənli, Fərid Balıyev,  kollektivin şagirdləri, Zəfər TV -nin əməkdaşları Ruslan Kamalov , Elvin Məmmədov, Sərəncam Salahova və digər şəxslər iştirak etmişlər.

Tədbirdə — torpaqlarmızın  bütövlüyü uğrunda,  canlarından keçmiş, bütün vətən oğullarının xatirəsi — bir dəqiqəlik sükutla yad edilib.  Azərbaycan dövlət  himni səsləndirilməklə,  tədbir acıq elan edilib.

Tədbirdə çıxış edənlər, 44 günlük vətən müharibəsində  şəhidlərmizin  və veteranlarmızın   keçdiyi qısa və mənalı həyat yolundan söz acmış, vətənimizin  bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daima uca tutmağı, Vətən uğrunda   mübarizənin  vacibliyini  yazan qəhrəman şəhidlərin and  yerimizə, ziyarət məkanımıza  cevriləcəklərini bildirdilər.

Rəşid Behbudov adına mahnı teatrında H.Z. Tağıyev adına TTSK ASC klubunun  mahnı və rəqs kollektivinin vətənpərvərlik ruhunda möhtəşəm çıxışları oldu.

H. Z.Tağıyev adına TTSK ASC klubunun mahnı və rəqs kollektivinin çıxışlarından sonra  H. Z. Tağıyev adına TTSK ASC klubunun direktoru Azad Aslanov,  Azəri-Qafqaz mahnı  və  rəqs  kollektivinin  bədii rəhbəri Səma Həsənova, müəllim heyəti və  tədbirdə çıxış edən  Azəri-Qafqaz mahnı və rəqs kollektivinin şagirdləri fəxri fərmanlarla və qiymətli hədiyyələrlə  təltif edilib.

Tədbirin sonunda  şəhid ailələri, müharibə veteranları onlara  göstərilən diqqət və qayğıya görə ölkə başçısına,  H.Z. Tağıyev adına TTSK ASC klubunun direktoruna, mahnı və rəqs kollektivin bədii rəhbərinə və müəllim heyətinə öz minnətdarlıqlarını bildirdilər.

Salman Musayev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, polkovnik

Bu xəbəri paylaşın: