Saakaşvili erməni nazirə qarşı hücuma keçdi

Gürcüstanın sabiq prezidenti Mixail Sakaaşvilinin Ukraynaya qayıdışından və vəzifəyə təyin olunmasından sonra bu ölkədə erməni daxili işlər naziri Arsen Avakova qarşı aksiyalar fəallaşıb.

Kiyevdə Avakovun istefasını istəyən yüzlərlə etirazçı Ali Radanın qarşısında aksiya keçirib.

Aksiya zamanı polis avtomobili yandırılıb, polis aksiyaya müdaxilə etməli olub.

Bu arada bəlli olub ki, parlamentdə bəzi müxalif deputatlar Avakovun istefası tələbi ilə imzatoplama kampaniyasına başlayıblar. Onlar ölkədə təhlükəsizliyin zəif olmasını əsas gətirirlər.

Xatırladaq ki, erməni millətinin nümayəndəsi olan Arsen Avakov 2014-cü ildən Ukraynanın daxili işlər naziri vəzifəsini tutur. Onun Mixail Sakaaşvili ilə münasibətlərində ciddi problemlər var.

Ukraynada istefası tələb edilən erməni nazir “şeytan” adlandırıldı…

Ukraynada Ali Radanın qarşısında Daxili İşlər naziri Arsen Avakovun istefaya göndərilməsi tələbi ilə aksiya keçirilən aksiyada erməni əsilli nazir “şeytan” adlandırılıb. Aksiya iştirakçıları Ali Radadan  Avakovun istefaya göndərilməsi və hüquq-mühafizə orqanlarında islahatların aparılmasını tələb edirlər. 

  Aksiya iştirakçıları “Polis dövlətinə yox!”, “Avakov, rədd ol!”, “0 faiz ictimai etimad”, “Avakov şeytandır! və digər şüarlar səsləndirib. Eyni tələblə hökumət binası qarşısında da mitinq keçirilməsi gözlənilir. Qeyd edilir ki, bu gün Ali Radanın iclasında Ukrayna Daxili İşlər Nazirliyinin fəaliyyətinə dair hesabat dinlənilməlidir. Avakovdan narazılıq son dövrlərdə Ukraynada cinayət hadisələrinin çoxalmasından sonra daha da artıb. Jitomir vilayətində 7 nəfər güllələnib, Kaqarlıqda qız polis tərəfindən zorlanıb,  Brovarıda atışma baş verib və s. 

Xatırladaq ki, Arsen Avakov Bakıda doğulmuş ermənidir.

Bu xəbəri paylaşın: