ERMƏNİLƏRİN LAÇINDA TAXIL BİÇİNİ

Dünən Laçın rayonunda ermənilər taxıl yığımı kampaniyasına başlamışlar. Ermənistanın Ərazı İdarəetmə naziri Suren Papikyan LAÇIN, QUBADLI, ZƏNGİLAN və CƏBRAYIL rayonunun qərb hıssəsinin birləşdiyi KAŞATAĞ vilayətində TAXIL yığımı kampaniyasında iştirak edib.


Açılışda Qarabağın yeni seçilmiş qondarma rəhbəri Arayik Harutyunyan çıxış edib: «Qısa müddətdən sonra LAÇIN (Kaşatağ) rayonunun ən vacib, ən çox gözlənilən proqramı həyata keçiriləcək. Biz bu şəbəkəni qurmaqla, Laçın rayonunda yenidən yaşayış, vətənə qayıdış və iqtisadi inkişaf imkanlarımızı yaradaraq yeni dövrə qədəm qoyacağıq.»


Ermənistanın Ərazi İdarəetmə naziri Suren Papikyan isə yığım sahələrini işarə edərək, bir ortaq kimi çıxış etmişdir: «Bu təsvirləri görməklə, istəyirəm Sizləri əmin edim ki, yaxın gələcəkdə nəinki yalnız Ermənistanın və Qarabağın ərzaq təhlükəsizliyi məsələsini, hətta barəsində danışmış olduğumuz bir çox başqa planları da həll etmiş olacıq. Mən bir daha hamını salamlayır və təşəkkürümü bildirirəm.»


Videoda Laçında tikilən yeni Su Elektrik Stansiyası da nümayiş etdirilir.


Müəllifdən: Dublyaj üçün imkanlarım olmadığından qısa izahatla Sizləri məlumatlandırdım, üzrlü hasab edin.


İSMAYIL TANRIVERDİ

 BDU-nun Erməni araşdirmaları elmi tədqiqat və tədris Mərkəzinin Böyük elmi işçisi

ԱՀ նախագահ Ա. Հարությունյանը եւ ՀՀ ՏԿԵ նախարար Սուրեն Պապիկյանն այցելել են Քաշաթաղի շրջան

ԱՀ նախագահ Ա. Հարությունյանը եւ ՀՀ ՏԿԵ նախարար Սուրեն Պապիկյանն այցելել են Քաշաթաղի շրջան

Posted by Հայկական ժամանակ օրաթերթ on 5 İyun 2020, Cümə
Bu xəbəri paylaşın: