Ordumuz ikiqat Ermənistan çempionunu necə məhv edib?
4 günlük Aprel müharibəsindən iki il ötməsinə baxmayaraq Ermənistan tərəfi hələdə ictimayyətdən cəbhədə baş verən hadisələri gizlətməkdədir.
News12.az saytı bu dəfə ikiqat Ermənistan çempionu, Avropa çempionatının gümüş mükafatçısı Viktor Yuzixofiçin və kəşfiyyatçı dostlarının ordumuz tərəfindən necə məhv edilməsini araşdırıb.
Talış istiqamətində 170-ci postda xidmət edən işğalçı ordunun kəşfiyyatçı əsgəri Viktor Yuzixofiç aprel ayının 2-də xidmət etdiyi posta ordumuzun əsgərləri tərəfindən öldürülüb. Atası Aleksandr Yuzixoviç Ermənistan mətbautaına açıqlamasında bunları deyib: ”Üstündən iki il ötməsinə baxmayaraq oğlumun və döyüş yoldaşalarının necə ölməsi haqqında hakimiyyət tərəfi hələ də məlumat vermir. Hər şeyi ciddi cəhdlə gizlətməyə çalışırlar. Ancaq mən öz kanallarımla oğlumun necə ölməsi haqqında məlumatlar əldə etmişəm. Mənə verilən məlumata görə 170-ci posta baş verən döyüş haqqında Ermənistan Xüsusi Xidmət orqanlarında video görüntülər var. Dəfələrlə tələb etsəm də onlar bu görüntüləri bizə vermirlər”.
Aleksandr Yuzixoviç oğlunun necə öldürülməsi haqqında da danışıb.
“Viktor 170-ci posta kəşfiyyatçı kimi xidmət edirdi. Aprelin 1-də onunla telefon əlaqəsi saxladım. Çox danışmadı. Dedi ki, ata narahat olma hər şey yaxşdır. Səndən bir xahişim var. Anamı və uşaqları götürüb təcili İrəvana get. Burada müharibə başlayıb. Əldə etdiyim məlumata görə Azərbaycan ordusu ilk zərbəni, məhz Viktorun xidmət etdiyi 170-ci posta vurub. Onlar axıra qədər döyüşsələr də, sonda patronları qutarıb və ikinci posta çəkilməyə məcbur olublar. Elə həmin ərazidə də əlbəyaxa döyüşdə hamısı Azərbaycan əsgərləri tərəfindən öldürülüb. İndi də başa düşmürəm ki, hakimiyyət nümayəndələri oğlumun və döyüş yoldaşlarının hansı şəraitdə öldürülməsini niyə gizlədirlər?”.(News12.az 10-04-2018)