TƏBRİK: QUMRAL LAÇINOV — 51

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qusar rayon şöbəsinin sədri Qumral İsabəy oğlu Laçınovun ad günüdür, veteranımızın 51 yaşı tamam olur!

Qumral Laçınov Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Hazırda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qusar rayon şöbəsinin sədri kimi bölgədə yaşayan veteranlarımızın problemlərinin həllinə çalışır. AVMVİB-nin ictimai fəaliyyətində fəal olan sədrlərimizdəndir.

Həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan  Qumral Laçınovu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan  Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin  müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.

Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin,  hər yeni günü isə  onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

100 yaşa, Qumral bəy!

Bütün gözəlliklər sənin olsun!

AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi

Bu xəbəri paylaşın: