Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) və ailə üzvlərinin təşkilatçılığı ilə AVMVİB Səbail rayon şöbəsinin qərargahında müharibə veteranı Teyyub Rəhimovun Anım tədbiri keçirilib.
Vətənpərvər döyüşçü, Rəhimov Teyyub Eyyub oğlu 01 iyun 1951 -ci ildə Xızı rayonunda anadan olub. Orta məktəbi Giləzi kəndində bitirib və Sovet Ordusunda xidməti bitirdikdən sonra 1975- ci ildə ailə qurub və dörd övladı olub: üç qız bir oğlan.
1988-ci il Azadlıq hərəkatı dövrünün ən fəal iştirakçılarından biri olub.
1991-ci ildə Ali Sovet tərəfindən Azərbaycanın Milli Ordusunun yaradılması haqqında qərar verildikdən sonra, Müdafiə Nazirliyi tərəfindən Zadir Rzayevin rəhbərliyi ilə 18110 (sonradan 701) hərbi hissə Şıxovda yaradılnda könüllü olaraq Milli Ordu sıralarına yazılanlarda biridə Rəhimov Teyyub oldu.
1991-ci il ilin dekabr ayında Şuşanın Kərkicahan qəsəbəsi uğrunda erməni və rus birləşmələrinin 366 polkauna qarşı döyüşlərdə Teyyub da igidliklə döyüşüb və qeyri bərabər döyüşlərin birində ağır yaralanır. Onu döyüş meydanından yoldaşları çıxararaq Bakıya göndərirlər.
Həmin döyüşdə hər iki gözünü itirir.
Onun müalicəsi Bakıda, Moskvada, Ankarada müxtəlif tibb müəssələrində aparılsa da xeyri olmur.
Onun ən böyük arzusu Azərbaycanın işğal olunmuş ərazilərini azad görmək idi, lakin o 1997-ci ildə dünyasını dəyişdi və bu günləri görmədi. Onun ruhu bu gün şaddır ki, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin əmri ilə 2020-ci ilin 27 sentyabrında erməni işgalmılarına qarşı Azərbaycan Ordusu döyüşə başladı və 44 günlük Vətən müharibəsi ərzində erməniləri öz torpağımızdan qovub çıxardı.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) və ailə üzvlərinin təşəbüsü ilə, 18 iyun 2022-ci il tarixdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsində cəsur döyüşçü Teyyub Rəhimovun anım mərasimi keçirildi.
Tədbirdə ailə üzvləri, nəvələri, döyüş yoldaşları, ailə dostları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin üzvləri, şöbə sədrləri iştirak etdilər.
Döyüş yoldaşları Niyazi, Pərviz, Əhli, Teyyub, Nizami öz döyüş xatirələrini bölüşdülər. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin Sərancamı ilə Teyyub Rəhimovun adına yazılmış Xatirə medalı onun nəvəsinə təqdim edildi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ideoloji işlər üzrə müşaviri, şairə Nəsibə İsrafilqızı və AVMVİB NTK sədri Niyazi Quliyev tədbirdə iştirak ediblər. Niyazi Quliyev qazi ailəsinə medalı təqdim edərək, bu Vətən yolunda öz gözlərini itirmiş qazimizə bir daha Allahdan rəhmətlər dilədi.
Məkanı cənnət olsun!
Elnur Səlim










