«Qazilərlə bağlı nə etsək, kifayət olmayacaq» — Nazir müavini

«Biz 15 min qazinin işi ilə bağlı paralel olaraq 86 min müharibə veteranları ilə bağlı müəyyən işlər həyata keçiririk. İndiyə qədər 3000 qaziyə əlillik təyin edilib».

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, onlar aidiyyatı qurumlarla birgə çalışırlar:

«Qazilərdən 12 mini hər hansı bir şəkildə işlə təmin olunub. Ola bilsin ki, gözləntilər daha böyükdür. Qazilər bizim fərəh və qürur yerimizdir. Bu sahədə nə etsək, yəqin ki, kifayət olmayacaq. Əlbəttə ki, əlavə tədbirlərə ehtiyac var».

Bu xəbəri paylaşın: