44 günlük Vətən Müharibəsinin Qazi və veteranları Axundov Abbas Nüsrət oğlu, Yusibov Gündüz Nuru oğlu, Yusibov Elçin Nuru oğlu 13 iyun 2022 ci il tarixində oxuduqları şəhid Fəqan Həmidov adına Tərtər rayon Qapanlı kənd tam orta məktəbinə dəvət olunmuş müəllim, şagird və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin üzvü olan müharibə veteranların iştirakı ilə tədbir keçirilmişdir.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsi sədri Çingiz İsayev məlumat verib.
Müharibə veteranları keçdikləri döyüş yolu haqqında məlumat verdilər. 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin yazdığı şanlı Zəfər tarixi barədə danışıldı.
Adı çəkilən döyüşçülər Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsi adından Fəxri fərmanla təltif olundular.
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Tərtər


