AVMVİB Masallı rayon şöbəsi tədbirdə iştirak edib

Masallı rayon Ərkivan qəsəbəsində şəhid Əliyev Mircəlil Seyidağa oğlunun il dönümü ilə əlaqədar tədbir keçirilib və şəhidin atası Əliyev Seyidağa Mirabdulla oğluna Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev adından Xatirə medalı təqdim olunub.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsi sədrinin təşkilati işlər üzrə müavini Samir Əkbərov məlumat verib.


Tədbirdə gənclər və idman idarəsinin rəisi Sabiq Cahangirov, uşaq idman gənclər məktəbin direktoru Əlfaqa Yaqubov, İH Ərazi nümayəndəsi Əhməd Əhmədov, Masallı rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Məmmədağa Şiriyev, Bələdiyyə sədri Əmrah Mazanov, məktəb direktorları Əbülfəz Əsədov, Rahib Babayev, AVMVİB Masallı rayon şöbəsi sədrrinin təşkilatı işlər üzrə sədr müavini Əkbərov Samir iştirak ediblər.


Tədbirdə şəhidin keçdiyi döyüş yolundan, 44 günlük müharibədə Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında apardığı qəhrəmanlıq mübarizəsindən danışıldı.

Şəhid məzarları ziyarət edildi və dualar oxundu.

Allah rəhmət eləsin!


Elnur Səlim

Bu xəbəri paylaşın: