Skandinaviya əfsanəsi: ODİN

Snorre Sturlesson «EDDA»

Dünya üç yerə bölündü. Cənubdan qərbə uzanan və Aralıq dənizinə girən hissəyə Afrika adı verilmişdi. Bunun cənub hissəsi qızmar günəşin istisindən cayır-cayır yanar. Digər hissəsi qərbdən şimala və dəniz içərisinə qədər uzanar. Buraya Avropa və ya Enea deyilir. Şimal sahili o qədər soyuqdur ki, orada heç bir ot bitmir və orada heç kim yaşamır. Şimal və şərq tərəfdən cənuba uzanan hissəyə Asiya deyilir.

Dünyanın bu hissəsi gözəl oduğu kimi xalqı da öz hədiyyələri, hikmətləri, gücləri, gözəllikləri və hər cür elmləri ilə məşhurdurlar.

Dünyanın ortasının yaxınlığında bizim Türkland (Türk Ölkəsi, Türkiya, Türkiyə) dediyimiz yerə, ən dəbdəbəli bina tikildi və yurd quruldu.

Bura Troya (Truva) adlanır. Bura başqalarına nisbətən daha çox böyüdü, dəyərinə baxmayaraq əl sənətkarlığına üstünlük verildi. Orada on iki krallıq və bir krallar kralı (əslində Xaqanlar Xaqanı-red.) var idi. Hər səltənətin öz ərazisi var idi. Şəhərlərdə on iki bəy (qəbilə rəisi) var idi. Hər cəhətdən bu bəylər dünyanın bütün ərlərindən çox üstün idilər.

Orada Munon və ya Mennon adlı bir kral var idi. O, Krallar kralı Priamusun qızı ilə evləndi. Qızın adı Troan idi.

Tror adlı bir oğlları oldu. Biz ona Tor deyirik. Trakyada Lorikus adlı bir knyaz tərəfindən böyüdüldü. Ancaq doqquz yaşında ikən o, atasının silahını əlinə almağa məcbur oldu. Ən yaraşıqlı o idi. Meşəy ilə fil dişinin müqayisə oluna bilmədiyi kimi, digər kişilər arasında da ona baxmaqdan doymurdular. Saçları da gözəl idi.

On iki yaşına çatdıqda artıq gücü yerinə gəlmişdi. On ayı dərisini yerdən qaldıra bilirdi. Sonra onu böyüdən şahzadə Lorikusu və həyat yoldaşı Lora ya da Gloranı öldürdü və özünü Trudheim adlandırdığımız Trakya ölkəsi üçün çalışmağa həsr etdi.

Sonra ölkədən ölkəyə gəzməyə başladı. Dünyanın hər yerini tanıdı. Tək başına dünyanın ən cəsur döyüşçülərini, divlərini, nəhəng bir əjdahanı və çox sayda vəhşi heyvanı məğlub etdi.

Dünyanın şimalına doğru bir falçı qadın ilə qarşılaşdı. Adı Sibil idi. Biz ona Siv deyirik. Onunla evləndi. Sivin ailəsi haqqında anladılacaq heç nə bilmirəm. Qadınların ən gözəli idi.

Saçları qızılı idi. Onların oğlunun adı Loride oldu. Atasına oxşayırdı. Onun oğlunun adı Einride idi. Onun oğlu Vingetor, onun oğlu Vingener, onun oğlu Moda, onun oğlu Mage, onun oğlu Seskef, onun oğlu Bedvig, onun oğlu bizim Annan dediyimiz Azra, onun oğlu İterman, onun oğlu Heremod, onun oğlu Sköld dediyimiz Skajdun, onun oğlu Bjaf, onun oğlu Jat, onun oğlu Qudolf, onun oğlu Finn, onun oğlu Frittleif dediyimiz Friallaf. Onun da bir oğlu da var idi. Adı Voden idi. Biz ona Odin deyirik.

Müdrikliyi və bacarığı ilə məşhur idi. Arvadının adı Frigida idi. Biz buna Frig deyirik.

Həm Odin, həm də həyat yoldaşı çox bilirdilər. Bu bilgilərlə adının dünyanın şimalında daha yüksək tutulacağını və bütün padşahlardan daha çox hörmət ediləcəyini anladı. Bu onda Türkiyədən ayrılma istəyi oyatdı. Arxasında gənc, qoca, kişi, qadın olan bir dəstə ilə yola düşdü. Onların yanında çox qiymətli şeylər var idi. Hansı ölkədə, haradan gəlmələrindən asılı olmayaraq təriflənirdilər. Onların daha çox Tanrıya bənzədikləri deyilirdi.

Sakslanda (Saksoniya, Saksen, Niedersachsen, Sachenaltau: Almaniyanın şərq və şimal bölgələri) gələnə qədər dayanmadılar.

Odin uzun müddət orada qaldı və böyük əksəriyyətini hakimiyəti altına aldı.

Ölkənin müdafiəsini üç oğluna verdi. Birinin adı Vegdeg idi. Güclü bir kral idi. Şərqi Saksoniyanı idarə edirdi. Onun oğlu Vittergilsdi, onun oğulları Hengetsin atası Vitta və bizim Svipdağ dediyimiz atası Svebdegin atası Sigar idi.

Odinin başqa bir oğlu Beldeg idi. Biz ona Balder deyirik. İndi Vəstfalen (Westfalen) adlandırdığımız ölkənin sahibi oldu. Onun oğlunun adı Branddı, onun oğlu bizim Frode dediyimiz Frjodigar idi. Onun oğlu Freovin idi. Onun oğlu Vigdi.

Onun oğlu, bizim Gave dediyimiz Gevisdi. Odinin üçüncü oğluna Sige deyildi. Onun oğlu Rere idi. Bu ailə də sözdə Franklanda (Fransa) hakimiyyət sürürdü.

Bu Völsungar (Völs oğulları) adlı sülalə buradan gəlir. Bunlardan çox sayda böyük nəsillə törəmişdir. Odin daha sonra şimala doğru getdi və Fteidgotalanda (Danimarkadakı Jutland) gəldi. Burada istədiyi hər şeyi etdi. Sonra buranı oğlu Sköldün himayəsi altında qoyub tərk etdi.

Oğlunun adı Fridleif idi. Sköldsungar (Sköld oğulları) nəsli bunlardan gəlir. Danimarka kralları oldular. Sonra Reidgotaland adlanan yerin adı indi Jutlanddır.

Odin şimala yönəldi. Bu gün Svitjod (İsveç) dediyimiz yerə gəldi. Adı kralı Gylfe idi. Aslar deyilən asiyalıların, gəldiyini eşidən Gylfe dərhal qalxıb onları qarşıladı. Odinə baş əyərək ölkəsinin idarə edilməsini təklif etdi.

Haradan keçsələr də, bu xoşbəxtlik davam etdi və xoşbəxt illər və sülh, əminamanlıq gəldi. Hər kəs əminamanlıq və xoşbəxtlik kimi şeylərin onlardan asılı olduğunu düşünürdü. Səbəbi isə, böyüklərin həm gözəllik, həm də mərdlik baxımından digərlərindən fərqli bir quruluşa sahib olduqlarını öz gözləri ilə görmələri idi.

Odin buraların gözəl bir düzənlik və onlar üçün çox yaxşı bir mühit olduğunu düşündü. Burada Sigtuna adlanan gözəl bir qala şəhərciyi seçdi (Stokholm yaxınlığında).

Orada bəyləriylə (qəbilə rəisləri) birgə Troyaya bənzər bir sistem qurdu. Ölkənin qanunlara görə idarə etmək üçün şəhərə on iki bəyi hakim qoydu. Hər yerə Türk adət-ənənələrinə uyğun olaraq və Truvadakılara bənzər ədalət gətirdi. Sonra şimala doğru səfərə çıxdı.

Yer üzünün torpaq hissəsinin qurtardığını düşündükləri üçün dəniz yoluna çıxdılar. O, oğlu Samini bu gün Norveç adlanan yerdə kral təyin etdi.

Haleygja Povestində (Håleygjatal) deyildiyi kimi, bütün Norveç kralları, vəzirləri (Jarl: Baş nazir) və digər böyük adamlar onun nəslindən olublar. Odinin yanında, onun ardınca gedən və indi İsveç Kralı (Svitjod) olan oğlu Yngve var idi. Nəsillərinə Ynglingar deyilirdi. Asiyalılar bu ölkədə özlərinə arvad aldılar. Oğllarına da arvad seçdilər. Onların nəsilləri Saklandiyada və şimalda daha da böyüdü. Dünyanın şimal bölgələrinə yayıldı. Asiyalıların dili bütün bu ölkələrdə danışılırdı.

Qeyd olunan əcdadların hamısının adları bu dillərdən qalıb. Asiyalılar dünyanın bu hissələrində birlikdə öz dillərini Norveç (Norge), İsveç (Svidjod), Danimarka (Danimarka) və Saksoniya (Sakslandiya) ərazilərinə köçürdülər.

Snorre Sturlesson / «EDDA» Saqa (dastan), Giriş (Proloq) hissəsi

P.S. Bir daha bildiririk ki, bütün nağılları buraxıb Sang (sak)-Oğuz tarixinə sahib çıxmalıyıq…

Bu xəbəri paylaşın: