Putin ağır çəkili, əyyaş generalı döyüşə göndərir

İngiltərənin ən çox oxunan qəzetlərindən biri olan «Daily Star» Rusiya-Ukrayna müharibəsi davam edərkən Kreml rəhbərliyinin cəbhəyə yeni bir general göndərdiyini yazıb.

Qəzet iddia edib ki, hazırda təqaüddə olan, Suriyada döyüşmüş Pavel adlı rus generalı xidmətə çağırılıb. Qəzetin xüsusi xəbərində 67 yaşlı Pavel təqaüdçüdür və bu generalın qidalanma vərdişləri də ətraflı şəkildə paylaşılıb. Pavelin gündə 5 dəfə yemək yediyi və hər gün araq içdiyi iddia edilir. Onun çəkisinin də təxminən 128 kiloqram olduğu bildirilir. 

O, xüsusi təyinatlıların rəhbəri olacaq Pavel həmçinin bölmənin keçmiş komandirinin artilleriya hücumu nəticəsində ağır yaralanmasından sonra ərazidə fəaliyyət göstərən Rusiya xüsusi təyinatlılarının məsuliyyətini öz üzərinə götürəcək.

Britaniya mediasına danışan mənbə «Putinin yaxşı əsgərləri Ukraynadakı müharibədə ya həlak olub, ya da yaralanıb. Beləliklə, indi o, uzun müddət döyüşməyən ikinci dərəcəli əsgərləri göndərir”,- deyib. 

Bu xəbəri paylaşın: