Operativ Qərargah: “Rayonlara gediş-gəliş hələlik gündəlikdə yoxdur”

“Rayonlara gediş-gəliş hələlik gündəlikdə yoxdur”.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində bu barədə məlumat verib.

İ.Məmmədov daxili uçuşların isə bərpasının gündəmdə olduğunu qeyd edib. Onun sözlərinə görə iyunun 15-dən daxili uçuşların həyata keçirilməsinə başlanılacaq. Daxili uçuşlar isə ilkin olaraq Naxçıvandan başlanılacaq.

Bu xəbəri paylaşın: