Bu il abituriyentlər daha çox hansı ixtisas qrupunu seçib? — Ekspert

«2020-2021-ci tədris ili üçün 12 maydan etibarən ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) başlamış ərizə qəbulu başa çatıb”.


Qaynarinfo xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, bu müddət ərzində 91543 abituriyent elektron ərizəsini təstiq edib:
«Onlardan 72821 abituriyent I-IV ixtisas qrupu üzrə, 57635 nəfər V ixtisas qrupu üzrə, 60710 nəfər isə orta ixtisas təhsili pilləsinə qəbul olmaq üçün elektron ərizəsində seçim edib.


Ən çox abituriyent I ixtisas qrupu üzrə ərizə təqdim edib — 30917 nəfər. Ən az isə IV ixtisas qrupu üzrə abituriyent ərizə təqdim edib — 5156 nəfər. I-IV ixtisas qrupundan olan abituriyentlərdən 6135 nəfər rus bölməsi üzrə elektron ərizə təqdim edib.

V qrup rus bölməsi üzə 3715 abituriyent elektron ərizəsini təstiq edib. Kolleclərin rus bölməsi üzrə isə ərizə təstiq edənlərin sayı 2929 nəfərdir.
İxtisas qrupları üzrə abituriyent sayı belədir:
I qrup 28407 (az), 2510 (rus), 30917 (cəm).
II qrup 12803 (az), 1377 (rus), 14180 (cəm).
III qrup 20975 (az), 1593 (rus), 22568 (cəm).
IV qrup 4501 (az), 655 (rus), 5156 (cəm).
V qrup 53920 (az), 3715 (rus), 57635 (cəm).

Bu xəbəri paylaşın: