Vilayət Eyvazovdan yeni — TƏYİNAT

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. 


Fedai.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.


Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Xəlilov Ağstafa rayon Polis Şöbəsinin rəisi təyin edilib.


O, bundan öncə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. Kəpəz (Gəncə) RPİ-ə isə rəis vəzifəsinə hələlik təyinat olmayıb. 

Bu xəbəri paylaşın: